USAID-in “Birlik rəngarənglikdədir” proqramının iştirakçısı olan gənclər üçün gender bərabərliyi istiqamətində kiçik qrantlar müsabiqəsi elan olunur.
Kiçik qrantlar müsabiqəsinin qaliblərinin ictimaiyyətin və konkret icmanın ehtiyaclarına istiqamətlənmiş, eləcə də müsabiqənin prioritetli tərəflərinə uyğun gələn layihələr planlaşdırmaq və həyata keçirmək imkanı olacaq.
Qrant müsabiqəsinin şərtləri:
Qrant proqramında yalnız Gürcüstanın 13 şəhərindən (Tbilisi, Kutaisi, Zuqdidi, Batumi, Ozurgeti, Qori, Telavi, Ninotsminda, Axalkalaki, Axaltsixe, Dmanisi, Qardabani və Marneuli) USAİD-in “Birlik rəngarənglikdədir” proqramının iştirakçısı olan 14-29 yaşlı gənclər və ya fəallar qrupu iştirak edə bilər.
Maliyyələşdirilən layihənin həyata keçirilməsinə 2023-cü ilin 15 mart tarixindən başlamaq mümkündür;
Konkret layihənin müddəti (hesabat dövrü də daxil olmaqla) 90 gündən (3 ay) artıq olmamalıdır;
Layihələrin seçimi və qiymətləndirilməsi xüsusi yaradılmış komissiya tərəfindən həyata keçiriləcək;
Seçim komissiyası yalnız qeyd olunan müddətdə və aplikasiya formasını tam təqdim edən müraciətləri müzakirə edəcək.
Qrant müraciətin büdcəsi 600 laridən artıq olmamalıdır. Aplikasiyaların müzakirəsi zamanı komissiya üzvlərinin aplikanta təqdim olunmuş müsabiqə proqramının təsvirində və büdcədə müəyyən dəyişikliklər etməsini təklif edə bilərlər.
Bütün vacib sənədlərlə yanaşı ərizə forması bu linkdə doldurulmalıdır –
– https://bit.ly/3XUIm1J
Qrant ərizəsinin qəbulu 2023-cü ilin 27 fevralından 2023-cü ilin 10 mart tarixinə qədər olacaq.
Qrant müsabiqəsi haqqında ətraflı məlumatı linkdən alın:
https://bit.ly/3In8rkb
1 mart tarixində onlayn görüş keçiriləcək (“Açıq qapı günü”). Görüşdə sizin suallarınızı cavablandıracağıq – https://bit.ly/3SjaUAM
USAID-in beşillik “Birlik rəngarənglikdədir” proqramını Gürcüstanın BMT Assosiasiyası, Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maddi dəstəyi ilə həyata keçirir.
Proqramın məqsədi etnik və dini azlıqların ölkənin siyasi, ictimai, iqtisadi həyatına qoşulmasına mane olan əsas maneələri aşmaqdır. Bunun üçün proqram azlıqlarla, eləcə də çoxluqlarla işləyir və müxtəlif dövlət qurumları, ictimai və özəl sektorla əməkdaşlıq edir.
#USAID #unageorgia #UnityThroughDiversity #ერთიანობამრავალფეროვნებაშია
USAID/Georgia
https://www.facebook.com/photo/?fbid=574824431340577&set=a.477292627760425