Vətəndaş Cəmiyyəti İnstitutu Mərkəzi və Regional Mediada – “Bu ölkə
sənindir” mülki kampaniyasının müntəzəm rubrikasının və ya verilişlər
silsiləsinin yerləşdirilməsi üçün tender elan edib.
Rubrikalar “Bu ölkə sənindir” kommunikasiya strategiyasına əsaslanaraq
hazırlanacaq. Strategiya layihənin məqsədlərinə uyğun hazırlanıb.
Kampaniya haqqında: “Bu ölkə sənindir” kampaniyası üç il əvvəl CSSİGE
layihəsi çərçivəsində yaradılıb. O mülki dəyərlərin təsis edilməsinə və vətəndaş
fəallığına, eləcə də vətəndaş cəmiyyətinin fəaliyyətinə dəstək olmağa (Sosial
mediada kampaniya www.facebook.com/Thiscountryisyours, Tv mediada
kampaniya – https://csogeorgia.org/ge/this-country-is-yours) xidmət göstərir.
Kampaniyanın məqsədi bu istiqamətdə formalaşmış stereotiplərin sındırılmasıdır.
Kampaniya fəaliyyət planı və kommunikasiya strategiyasına əsaslanıb
(https://drive.google.com/).
Qeyd olunan tender Avropa İttifaqı (EU) və Konrad Adenauri Fondu (KAS)
tərəfindən maliyyələşdirilmiş – “Vətəndaş cəmiyyəti təşəbbüsü: Gürcüstanın
inkişafı üçün davamlı, açıq və hesabatlı vətəndaş cəmiyyəti təşkilatları” (Sonradan
“layihə”) layihəsi çərçivəsində elan olunub.
Tender sənədləri elektron formada, 2023-cü ilin 27 sentyabr tarixi, saat 18:00-a
kimi göndərilməlidir.
Ətraflı məlumatı qeyd olunan linkdən əldə edə bilərsiniz:
https://civilin.org/contest/tenderi-tsentralur-da-regionul-mediashi-samoqalaqo-kampania-es-qveqhana-shenias-regularuli-rubrikis-an-
gadatsemebis-seriis-ganthavsebaze/
Qeyd olunan tender Avropa İttifaqı (EU) və Konrad Adenauri Fondu (KAS)
tərəfindən maliyyələşdirilmiş layihə çərçivəsində elan olunur.