Gürcüstan İnnovasiyalar və Texnologiyalar Agentliyi “Startaplar” (İlk başlanğıcda olanlar) üçün qarşılıqlı maliyyələşdirmə qrantları” proqramı çərçivəsində qrant müsabiqəsi elan edib.
Müsabiqənin məqsədi Gürcüstanda beynəlxalq potensialı olan innovativ məhsulların və xidmətin hazırlanması-mənimsənilməsi, eləcə də kommersiyalaşdırma yolu ilə innovasiyalar və innovativ müəssisələrin yaradılmasına stimul yaratmaqdır.
Qrant proqramı Gürcüstanda fəaliyyət göstərən, qeydiyyatından iki ildən az vaxt keçmiş özəl və kiçik müəssisələr üçün nəzərdə tutulub.
Həmçinin, qeydiyyatdan keçməmiş fiziki şəxslər və fiziki şəxslər qrupu da müraciət edə bilər. Qeydiyyatdan keçməmiş fiziki şəxslərin seçilməsi halında, onların qeydiyatdan keçirilməsi müqavilə bağlanana kimi həyata keçiriləcək.
Proqram çərçivəsində maksimum 9 aylıq layihələr maliyyələşdiriləcək. Həmçinin, maliyyə layihə büdcəsinin 90 faizini və 150 000 larini aşmamalıdır.
Müraciət edən tərəfindən, layihə büdcəsinin minimum 10 faizinin başqa mənbədən, nəğd pulla təmin edilməsi mütləqdir. Mənbə özəl sektordan olsa daha yaxşıdır. Dövlət qrantlarının qarşılıqlı mənbə olaraq təqdim edilməsi yolverilməzdir.
Qarşılıqlı qrantlarla bağlı bələdçi və digər lazımı sənədlər qeyd olunan səhifədə yerləşdirilib.
https://grants.gov.ge/ka/გრანტები?call=250
Müraciətləri təqdim etmək üçün son müddət 2022-ci ilin 18 aprel tarixidir.