Gürcüstan Strateji Araşdırmalar və İnkişaf Mərkəzi (CSRDG) icma layihələrinə dəstək üçün qrant müsabiqəsi elan edir

Müsabiqənin məqsədi İctimai etibar qazanmaq, eləcə də mövcud imkanlardan/resurslardan effektiv istifadə etmək baxımından ictimai, icma təşkilatları və  fəallar qrupunun gücləndirilməsinə və onların imkanlarının inkişafına dəstək olacaq icma layihələrini/təşəbbüsləri dəstəkləməkdir.  Eləcə də bu baxımdan mülki sektor imicini, maddi vəziyyəti yaxşılaşdırmaqdır.

Fəaliyyət göstərən ictimai və ya icma təşkilatları, eləcə də təşəbbüs/fəallar qrupu qrant müsabiqəsində iştirak edə bilər. Təşkilat/qrup müsabiqəyə birdən artıq müraciət göndərə bilər. Ancaq bir təşkilata/qrupa bir qrant veriləcək.

Maraqlanan təşkilatlar/qruplar tam müraciətlərini gürcü dilində, qeyd olunan elektron ünvana göndərə bilərlər: STAR.community.grants@gmail.com

Göndərdikdən sonra müraciətinizin qəbul olunması ilə bağlı cavab məktubu alacaqsınız.

Müraciətlərin El-poça ilə göndərilməsi üçün son müddət: 2022-ci il, 30 avqust, saat 18:00.

Əlaqə üçün məlumat: STAR.community.grants@gmail.com

Əlaqələndirici şəxs – Ana Nadriaşvili, qrantlar üzrə menecer.

Müsabiqə ilə bağlı göndərilmiş suallar, müvafiq cavablarla təşkilatın veb-səhifəsində –http://www.csrdg.ge yayımlanacaq.

Ətraflı məlumat üçün linkə daxil olun:

https://www.jobs.ge/ge/?view=jobs&id=386904

tövsiyə