Əgər koviddən yaranmış təhlükələrə necə qalib gələcəyiniz barədə ideyanız varsa, icmanıza kömək etmək istəyirsinizsə, öz bələdiyyənizdə dəyişikliklər etmək üçün kampaniya keçirin. Bu zaman “Qlobal gənclər səfərbərliyinə” müraciət edə bilərsiniz. O yerli sakinlərin məişət şəraitini yaxşılaşdırmağı və kovid reallığına qalib gəlməyi təmin edir.
Layihədə 500-dən 1500 dollara qədər qrant əldə etmək üçün gənclər və qeyri-formal qruplar iştirak edə bilər.
3000-dən 5000 dollara qədər qrant qazanmaq istəyən gənc təşkilatlar müraciət edə bilər.
Əgər layihənin müraciəti aşağıda qeyd olunanlarla əlaqədardırsa, həmin layihələr maliyyələşdirilməyəcək.
- “Start Up” biznes və ya kənd təsərrüfatı əməliyyatları;
- Texnologiya və əmlaka sərmayə qoymaq, eləcə də ofis üçün məkan icarəyə götürmək;
- Fondun böyük hissəsinin materiallarda investisiya edilməsini tələb edən layihələr;
- Aydın şəkildə müəyyən edilmiş sosial məqsədləri olmayan, mənfəətli layihələr
Layihədə iştirak edənlərin yaşı 14-30 yaş olmalıdır.
- Qrant üçün müraciət innovativ olmalıdır; Kovidin mənfi nəticələrinə eləcə də yerindəki ictimai narahatçılıqlar və problemlərə yönləndirilməlidir; Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə və İctimai Səhiyyə tədbirlərinə uyğun olmalıdır.
Ətraflı məlumat üçün linkə daxil olun:
https://grants.fundsforngospremium.com/opportunity/op/Apply-for-Global-Youth-Mobilization
Yaxud “Azlıq İcmalarının Sosial və İqtisadi Hüquqlarının Gücləndirilmə Mərkəzi”-nin
aşağıda qeyd edilmiş ünvanlarına müraciət edə bilərsiniz. Müsabiqədə iştirak etmək
istəyənlərə mərkəzin ekspert-məsləhətçiləri yardım göstərəcək.
Axalkalaki: Çarentsi k. #18/1
Ninotsminda: Puşkin k. #49a
Marneuli: Qamsaxurdiya k.#4
Qardabani: Leselidze k. 1 kvartal, 1 korpus