3 apreldən mikro və kiçik sahibkarlıq biznes ideyaları üçün qrant proqramı başlayacaq.
Qrant proramında Gürcüstanın yetkinlik yaşına çatmış, şəxsi biznes ideyasını uğurlu fəaliyyətə çevirmək və ya mövcud biznesi genişləndirmək istəyən hər bir vətəndaşı iştirak edə bilər.
Biznes ideyaların təqdim edilməsinin son müddəti 27 aprel saat 15:00-dur.
Qrantın maksimum miqdarı 30 000 lari təşkil edir. Sahibkar tərəfindən həyata keçiriləcək qarşılıqlı məbləğ qrant dəyərinin ən az 20%-ni təşkil edir. Dağlıq məntəqələrdə isə bu 10%-dir.
Mövcud benefisiar olan halda benefisiarın qarşılıqlı iştirakı qrant dəyərinin ən az 50%, dağlıq məntəqələrdə isə ən az 25% müəyyən edilib.
Proqram çərçivəsində bir neçə prioritet müəyyən edilib:
Yeni biznesə başlamaq;
Gənc sahibkar subyekt tərəfindən biznesə başlamaq/genişləndirmə;
Qadın sahibkar tərəfindən biznesə başlamaq/genişləndirmə;
Məcburi köçkün şəxslər – qaçqınlar tərəfindən biznesə başlamaq/genişləndirmə;
Fiziki imkanları məhdud şəxslərin biznesə başlaması/genişləndirmə;
Aztəminatlı şəxs tərəfindən biznesə başlamaq/genişləndirmə;
Kənddə/dağlıq məntəqədə biznesə başlamaq/genişləndirmə;
Yerləşdirmə obyektləri və turist xidmətlərinə yönəlmiş layihənin həyata keçirilməsi.
Qeyd: 2020-2022-ci illərdə qalib gəlmiş və 2015-2018-ci illərdə iki dəfə maliyyələşdirilmiş benefisiarların bu ilki müsabiqədə iştirak etməsi məhdudlaşdırılacaq.
Ətraflı məlumat almaq üçün linkə daxil olun: www.shorturl.at/kpEW1