“Avropa Fondu” inkişaf mərhələsində olan mülki təşkilatları kiçik qrant müsabiqəsində iştirak etməyə çağırır. Müsabiqədə iştirak etməyin məqsədi kiçik təcrübəsi olan icma təşkilatlarının instutisional inkişafı və yerli səviyyədə qərarların qəbul etdilməsi prosesində, onların iştirakına dəstək olmaqdır. Bunlar aktual icma problemlərinin aşkarlanması və həlli məqsədi ilə nəzərdə tutulur.
Müsabiqənin məqsədi yeni təsis edilmiş mülki ictimai təşkilatların inkişafına töhfə verməkdir. Bu onların yerli icmaların aktual problemlərinin aşkarlanması və həllinə dəstək olacaq.
Qrant müsabiqəsinin əsas məqsədləri bunlardır:
- Yeni təsis edilmiş mülki ictimai təşkilatların, onların instutisional inkişafı, mülki ictimaiyyətlə sıx əməkdaşlıq və müxtəlif maraqlanan tərəflərlə tərəfdaşlıq vasitəsilə gücləndirilməsi.
- Mülki ictimai təşkilatların mülki monitorinqi və advokatlaşdırma fəaliyyətinə, əhali, təcrübəli ictimai təşkilatlar , media ilə əməkdaşlıq yolu ilə yerli səviyyədə aktual problemlərin aşkarlanması və həlli məqsədi ilə dəstək olmaq.
Gürcüstanda qeydiyyatdan keçmiş, yeni təsis edilmiş, qeyri kommersiya mülki ictimai təşkilatlar müsabiqədə iştirak edə bilər. Onların ən az bir il iş təcrübəsi olmalıdır. Layihənin həyata keçirilməsində iştirak etməməlidir (qrant çərçivəsində maaş alan əməkdaş olaraq): dövlət məmurları, siyasi partiyalar və təşkilat nümayəndələri.
Layihə üçün nəzərdə tutulmuş qrantın dəyəri, hər bir layihəyə maksimum 20, 000 lari təşkil edir. Layihənin müddəti ən az 10 ay olmalıdır.
Müraciət edənlər “Avropa Fonduna” hazır layihəni təqdim etməlidir. Müraciətlər 2022-ci ilin 31 yanvar tarixi, saat 18:00-a qədər, qeyd olunan elektron poçt ünvanına göndərilməlidir: info@epfound.ge (Xahiş edirik, məktubun başlığında qeyd edin: “EMC Small Grants Competition”).
Müraciət edənlər, fonda, konkret olaraq, qeyd olunan sənədləri təqdim etməlidirlər. Nümunələr fondun veb-səhifəsində əlçatandır:
- Layihənin tam hazır forması (təşkilatın blankı yaxud möhürü və direktorun imzası ilə təsdiqlənmiş)
- Doldurulmuş məntiqi modul forması
- Ətraflı və bəndlərə əsasən yazılmış büdcə (Excel formatında);
- İctimai Reyestrdən qeydiyyatla bağlı sənəd;
- Layihənin bütün iştirakçılarının tərcümeyi-halı
“Avropa Fondu” tərəfindən maliyyələşdiriləcək layihələr, proqramın planlaşdırılması həyata keçirilməsi və qiymətləndirilməsi prosesində (“Avropa Fondunun” gender analizi və azlıqlarla bağlı məsələlərinin anketlərinə baxın: https://epfound.ge/static/file/202110281735-gender_mainstreaming_checklist_geo.pdf və https://epfound.ge/static/file/202110281828-minority-checklist-geo.pdf).) gender yanaşması və azlıqlarla bağlı məsələlər nəzərdə tutumalıdır.
Müsabiqəyə təqdim edilmiş layihə, yalnız müraciət edən təşkilatın layihəsi olmalıdır. Plaqiat olduğu halda təşkilat və layihə təcili surətdə müsabiqədən çıxarılacaq.
Əlavə məlumat üçün veb-səhifəyə daxil olun
https://www.jobs.ge/ge/?view=jobs&id=346008
yaxud qeyd olunan ünvanlara, “Sosial və İqtisadi Hüquqların Gücləndirilmə Mərkəzlərinə” müraciət edə bilərlər. Mərkəzin ekspert-məsləhətçiləri müsabiqədə iştirak etmək istəyənlərə kömək edəcəklər.
Axalkalaki: Çarentsi k. #18/1
Ninotsminda: Puşkin k. #49a
Marneuli: Qamsaxurdiya k. #4
Qardabani: Leselidze k. 1 kvartal, 1 korpus