“Deloitte” iqlim dəyişikliklərindən yaranmış problemlərin vaxtında və təsirli həlli üçün qrant müsabiqəsi elan edir. Bu baxımdan gənc təşəbbüsləri maliyyələşdirir, istiqamətlər isə bunlardır:
- İqlim dəyişikliklərinin mənfi nəticəsinin yüngülləşdirilməsi
- İqlim dəyişikliyindən yaranmış dərin problemlərin həlli
- Mövcud problemin yüngülləşdirilməsinin uzunmüddətli və davamlı mexanizmlərinin hazırlanması
- Tərəflər arasında əməkdaşlıq
- İnnovativ yanaşmalardan istifadə etmək
Uğurlu müraciətə 10 000 – 100 000 və.s ABŞ dollar dəyərində maddi dəstək göstəriləcək.
Müraciətlər 2021-ci ilin 30 avqust tarixinə qədər qəbul olunur.
Ətraflı məlumat almaq üçün, xahiş edirik linkə daxil olasınız:
Yaxud “Azlıq İcmalarının Sosial və İqtisadi Hüquqlarının Gücləndirilməsi Mərkəzlərinə”, aşağıda qeyd olunan ünvana müraciət edə bilərsiniz. Müsabiqədə iştirak etmək istəyən namizədlərə ekspert-məsləhətçilər kömək göstərəcək.
Axalkalaki: Çarentsi k. #18/1
Ninotsminda: Puşkin k. #49a
Marneuli: Qamsaxurdiya k. #4
Qardabani:Leselize k. 1 kvartal, 1 korpus