“Avropa Fondu” Gürcüstanda qeydiyyatdan keçmiş və fəaliyyət göstərən mülki ictimai təşkilatları, qrant əldə etmək üçün 2022-ci ilin 18 yanvarından 2022-ci ilin 18 fevralına qədər ilkin yaxud tam layihə müraciət formasını fondun açıq qapı qrant proqramına təqdim etməyə çağırır. Açıq qrant proqramı çərçivəsində vaxt başa çatdıqdan sonra da ictimai təşkilatların fonda müraciət göndərmək imkanı olacaq.
Açıq qapı qrant proqramı barədə
Açıq qapı qrant proqramı mülki ictimai təşkilatlara şərait yaradır ki, ictimaiyyət qarşısında olan ciddi problemləri və onların həllinin innovativ yollarını aşkarlasınlar. Açıq qapı qrant proqramı vasitəsi ilə fond daim layihə təklifləri almağa hazırdır. Proqram yeni, innovativ və pilot layihəsinə dəstək olmaq üçün effektiv vasitədir; Açıq qapı proqramı mülki qoşulmanın gücləndirilməsinə dəstək olacaq bütün növ ictimai təşkilatlar və onların layihəsi üçün açıqdır. Eyni zamanda layihədə yerində mövcud olan konkret problemlərə qalib gəlməyin real yolları görünməlidir və layihə etibarlı göstəricilər əsasında həmin problemlərin prioritetli olmasını təsdiq etməlidir. Belə ki, layihənin metodologiyası problemlərin aşkarlanması və həlli yolunun tapılmasında, vətəndaşların marağının qorunması və dəyişikliklərin həyata keçirilməsində geniş mülki iştirakı aydın şəkildə təsvir etməlidir. Layihə nəticəsində yerli və ya ölkə səviyyəsində mühüm sosial, siyasi, iqtisadi dəyişikliklər baş verməlidir. Layihə təklifləri “Avropa Fondunun” Məsləhətçi Şurası tərəfindən müzakirə olunacaq. Qrantın verilməsi ilə bağlı yekun qərarı fond qəbul edəcək. Müzakirə prosesində ola bilsin fond müraciət edəndən, müraciətdən sonra 1 ay ərzində əlavə məlumat verməyi tələb etsin. Dayandırma meyarları Layihə müraciətlərini qiymətləndirmək üçün “Avropa Fondu” sonrakı meyarlarla rəhbərlik edəcək: **Açıq qapı qrant proqramının məqsədləri və şərtlərinə uyğunluq; **Layihənin metodologiyasının effektivliyi, həmçinin, innovativ, nəticəyə istiqamətlənmiş və həyata keçiriləcək fəaliyyət planının olması. Fəaliyyət planı yerli vətəndaşların problemlərin aşkarlanması və həlli yollarının axtarılması prosesinə qoşulmasını nəzərdə tutmalıdır; **Gözlənilən nəticələrin miqyası; **Məqsədə nail olmaq prosesində müxtəlif maraqlanan tərəflərin iştirakı; **Risk faktorların analizi və onların azaldılmasının effektiv planı; **Layihənin işi və qərarların qəbul edilməsində qadın və kişilərin, eləcə də azlıqların müxtəlif qrup nümayəndələrinin bərabər iştirakı və layihənin nəticələrinin onlara bərabər əlçatan olmasını təsdiqləmək üçün gender və azlıqlarla əlaqədar məsələlərin analizi; **Təşkilatın müvafiq təcrübəsi, bunda nəzərdə tutulur: a) Həyata keçirən komandanın ya da dəvət edilmiş ekspertlərin kvalifikasiyası; b) Konkret sahədə layihələrin həyata keçirilməsinin keçmiş təcrübəsi; q) Qrantın idarə edilməsi; **Büdcənin hesabat effektivliyi; **Layihənin davamlılığı (layihənin həyata keçirilməsi ilə əlaqədar fəaliyyət və nəticələrlə yanaşmada). Müraciət edənlər “Avropa Fonduna” ilkin ya tam layihə formasını elektron poçt ünvanı vasitəsi ilə göndərə bilərlər: info@epfound.ge (Xahiş edirik, məktubun başlıq sütununda qeyd edəsiniz: Open Door Grantmaking) “Avropa Fondu”-nun ünvanı: Kavsadze k. 3, 2-ci mərtəbə. Tel/faks (+995 32) 225 39 42/43. Əlaqə üçün şəxs: Nino Stavridi, proqramın meneceri nstavridi@epfound.ge Əlavə məlumat üçün veb-səhifəyə daxil olun: https://www.jobs.ge/ge/?view=jobs&id=349616https://www.jobs.ge/ge/?view=jobs&id=349616 yaxud qeyd olunan ünvanlara, “Sosial və İqtisadi Hüquqların Gücləndirilmə Mərkəzlərinə” müraciət edə bilərlər. Mərkəzin ekspert-məsləhətçiləri müsabiqədə iştirak etmək istəyənlərə kömək edəcəklər. Axalkalaki: Çarentsi k. #18/1 Ninotsminda: Puşkin k. #49a Marneuli: Qamsaxurdiya k. #4 Qardabani: Leselidze k. 1 kvartal, 1 korpus |