Gürcüstan Strateji Araşdırmalar və İnkişaf Mərkəzi (CSRDG) icma layihələrinə dəstək üçün qrant müsabiqəsi elan edir
Müsabiqənin məqsədi İctimai etibar qazanmaq, eləcə də mövcud imkanlardan/resurslardan effektiv istifadə etmək baxımından ictimai, icma təşkilatları və fəallar qrupunun gücləndirilməsinə və onların imkanlarının inkişafına dəstək olacaq icma layihələrini/təşəbbüsləri dəstəkləməkdir. Eləcə də bu baxımdan mülki sektor imicini, maddi vəziyyəti yaxşılaşdırmaqdır.
Fəaliyyət göstərən ictimai və ya icma təşkilatları, eləcə də təşəbbüs/fəallar qrupu qrant müsabiqəsində iştirak edə bilər. Təşkilat/qrup müsabiqəyə birdən artıq müraciət göndərə bilər. Ancaq bir təşkilata/qrupa bir qrant veriləcək.
Maraqlanan təşkilatlar/qruplar tam müraciətlərini gürcü dilində, qeyd olunan elektron ünvana göndərə bilərlər: STAR.community.grants@gmail.com
Göndərdikdən sonra müraciətinizin qəbul olunması ilə bağlı cavab məktubu alacaqsınız.
Müraciətlərin El-poça ilə göndərilməsi üçün son müddət: 2022-ci il, 30 avqust, saat 18:00.
Əlaqə üçün məlumat: STAR.community.grants@gmail.com
Əlaqələndirici şəxs – Ana Nadriaşvili, qrantlar üzrə menecer.
Müsabiqə ilə bağlı göndərilmiş suallar, müvafiq cavablarla təşkilatın veb-səhifəsində –http://www.csrdg.ge yayımlanacaq.
Ətraflı məlumat üçün linkə daxil olun: