Gürcüstanın İnnovasiyalar və Texnologiyalar Agentliyi müxtəlif regionlarda, həmçinin, Samtsxe-
Cavaxetidə regional qrant proqramı elan edib.
USAİD-in güclü kənd proqramı ilə əməkdaşlıqla, qrant proqramının Mtsxeta-Mtianeti və Şida
Kartli regionlarından olan benefisiarlarının layihələr həyata keçirmək üçün əlavə resurslar əldə
etmək imkanı olacaq.
Regional qrant proqramının məqsədi Gürcüstanın regionlarında yerli innovativ və texnoloji
ekosistemin gücləndirilməsinə, innovativ layihələrin, xidmətlərin, texnologiya və proseslərin
hazırlanması – mənimsənilməsi, kommersiyalaşdırma yolu ilə innovativ və texnoloji startapların
yaradılmasına dəstək olmaqdır.
25 000 lariyə qədər innovasiya qrantları
Başlama tarixi: 4 sentyabr 2023
Başa çatma tarixi: 4 oktyabr 2023, Saat 23:59
Qalan günlər: 30
Qrant müsabisəqi ilə Samtsxe-Cavaxeti regionundan layihələr maliyyələşdirilir.
Proqramın məqsədi Gürcüstanın regionlarında yerli innovativ və texnoloji ekosistemin
gücləndirilməsinə, innovativ layihələrin, xidmətlərin, texnologiya və proseslərin hazırlanması –
mənimsənilməsi, kommersiyalaşdırmaq yolu ilə innovativ və texnoloji startapların yaradılmasına
dəstək olmaqdır;
Qeyd olunan proqram sizin üçündür:
Əgər innovativ qurğu və yaxud proqram təminatı üzərində işləyirsinizsə, Samtsxe-Cavaxeti
regionunda qeydiyyatdan keçmiş sahibkar subyektsinizsə, yaxud qeyd olunan regionda
qeydiyyatdan keçməyi planlaşdırırsınızsa.
Fiziki şəxsin qrant müraciətinin qalib gəlməsi halında onun qrant müqaviləsi bağlanana qədər
sahibkar subyekt qeydiyyatdan keçirməsi məcburidir.
Hər hansı sualınız olan halda bizimlə əlaqə saxlayın: grants@gita.gov.ge
Və ya linkə daxil olun:
https://grants.gov.ge/ka/%E1%83%92%E1%83%A0%E1%83%90%E1%83%9C%E1%83%A2
%E1%83%94%E1%83%91%E1%83%98?call=276