DEP-in “Etnik azlıq nümayəndəsi olan qadınlar inteqrasiya səfirləri kimi” layihəsində iştirak
etmək üçün yeni qrupa namizədlərin seçiminə başlayırıq.
Vəkilləşdirməni daha yaxşı öyrənmək istəyir və öz icmanın inkişafının qayğısına qalmaq
istəyirsən? Qadınların liderlik və müsbət dəyişikliklər etmək gücünün olmasına inanırsan?
O zama bu imkan sənin üçündür!
Bir illik layihə çərçivəsində Samtsxe-Cavaxeti və Kvemo Kartli regionlarından olan lider
qadınlar layihənin qeyd olunan aktivliklərinə qoşulacaqlar:
Bacarıqların inkişaf etdirilməsi üçün təlimlər – qadınlar onlar üçün mühüm olan
mövzuların vəkilləşdirilməsini öyrənəcəklər;
Liderlik və mentorluq təlimləri – iştirakçılar gender baxımından sensitiv liderlik
bacarıqlarını formalaşdıracaq və mentorun dəstəyi ilə icmanın inkişafına istiqamətlənmiş
təşəbbüslər üzərində işləyəcəklər;
Almaniyaya təhsil xarakterli səfər – qadınlar Almaniya Dövlət Fondları və qeyri-hökumət
təşkilatları ilə görüşəcəklər, onların iş spesifikası və ən yaxşı təcrübələri ilə tanış
olacaqlar;
Lider Qadınlar Forumu – iştirakçı qadınlar bir-biri ilə tanış olacaqlar və görüşəcəklər,
onlara aktual olan mövzular üzərində işləyəcəklər. Eləcə də donorlarla görüşəcəklər və
inkişafa istiqamətlənmiş müxtəlif imkanlarla tanış olacaqlar.
Kiçik qrantların həyata keçirilməsi – layihə iştirakçılarına öz təşəbbüslərini həyata
keçirmək üçün 2000 avro dəyərində qrantlar veriləcək və layihənin həyata keçirilmə
prosesində mentordan dəstək alacaqlar.
Qeydiyyat üçün linkə daxil ol və layihədə iştirak etmək motivasiyanı bizimlə bölüş:
https://forms.gle/pRjM647rYravBMNC6
Aplikasiyalar 15 oktyabra qədər qəbul olunacaq.
Layihə ilə əlaqədar məlumatnadırıcı görüşlər 21, 28 sentyabrda və 5 oktyabrda, saat 19:00-da baş
tutacaq. Görüşdə sonrakı linkə daxil olaraq iştirak etmək mümkündür:
https://us02web.zoom.us/j/84844183972
“Etnik azlıq nümayəndəsi olan qadınlar inteqrasiya səfirləri kimi” layihəsini bizim təşkilat,
İnkişaf və İştirak Platforması “DEP”, Rönne-Stiftun- lə tərəfdaşlıqla, Almaniyanın Xarici İşlər
Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirir.