Məşğulluq üzrə Demokratiya Məktəbi iştirakçıların qəbulunu elan edir!
- Məşğulluq üzrə Demokratik Məktəbi Marneuli (Kvemo Kartli) və Axalkalakidə (Samtsxe-Cavaxeti) yaşayan gənclər üçün nəzərdə tutulub. Yalnız Bolnisi və Ninotsmindadan qoşulmaq istəyənlərlə bağlı istisnaya yolverilcək.
- 18 yaşdan 35 yaşa qədər motivasiyalı, Gürcüstanda gedən proseslərlə maraqlanan, demokratik dəyərləri bölüşən və fəal vətəndaş olmaq istəyən gəncləri gözləyirik.
- Yerlər məhduddur! Hər regiondan 20 nəfər gənc seçiləcək.
- Məktəb çərçivəsində sizə şərait yaradılır ki, bacarıqlarınızı inkişaf etdirəsiniz və müvafiq bilik-təcrübə əldə edəsiniz ki:
- İctimai və siyasi proseslərə qoşulasınız;
- Siyasi partiyalarla tanış olasınız və siyasi fəaliyyətə qoşulasınız;
- Öz bacarıqlarınızı müxtəlif arenalarda həyata keçirə biləsiniz;
- Mərkəzi və yerli səviyyədə karyeranızı inkiaf etdirə biləsiniz;
- Gürcü dili biliyinizi təkmilləşdirəsiniz.
- Sizə təklif edirik:
- Dörd istiqmətdə 16 həftəlik təhsil kursu:
- Siyasəti elmi
- Dövlət idarəçiliyi
- Vətəndaş cəmiyyəti və qeyri-kommersiya təşkilatlarının idarə edilməsi
- Münaqişələr və təhlükəsizlik
- Qeyd olunan mövzularda praktiki treninq proqramı və simulyasiyalar:
- Siyasətin inkişaf etdirilməsi
- Liderlik
- İctimai çıxışlar və ünsiyyət
- Danışıqların aparılması
- Siyasi partiyaların, beynəlxalq təşkilatların, Avropa İttifaqına üzv ölkələrin, Gürcüstanın strateji tərəfdaşlarının və səfirliklərin, inkişafa dəstək olan və donor təşkilatların, dövlət qurumları və ekspertlərin iştirakı ilə ictimai mühazirələr silsiləsi;
- Tədris dili – gürcü dili, rus dilindən istifadə etmək olar; Lazım olduğu halda, ikidilli lektorlar tədris materiallarını tam başa düşməkdə sizə yardım edəcək.
- Təhsil və proqramın bütün komponentləri pulsuzdur!
- Tam təhsil proqramını bitirdikdən sonra sertifikat verilir.
- Məktəb Marneuli və Axalkalakidə fəaliyyət göstərəcək, təhsil prosesi birbaşa (oflayn) həyata keçiriləcək. Treninq proqramları və digər fəallıqlar Gürcüstan miqyasında müxtəlif yerlərdə keçiriləcək.
- Təhsil 2022-ci ilin mart ayında başlyacaq; Mühazirələr və başqa fəaliyyətlər əsasən şənbə-bazar günləri, məktəb iştirakçılarının razılığı əsasında baş tutacaq.
Məktəbdə iştirak etmək üçün lazımdır:
İctimai fəaliyyət ya siyasətlə maraqlanmaq;
Yeni bilgini mənimsəmək istəyi;
18-35 yaşında olmalısınız;
Marneuli ya Axalkalakidə yaşamalısınız (Bolnisi və Ninotsmindada yaşayanlar üçün yolveriləndir);
Gürcü dilini bilməlisiniz (minimum başlanğıc səviyyədə).
Maraqlananlar nə etməlidir:
Sonrakı linkdən istifadə edərək, ərizə formasını doldurun: https://forms.gle/QcZvAbVFF1aoAsoaA
Öz CV (Rezyumenizi) qeyd olunan elektron poçt ünvanına göndərin : vacancy.pmmg@gmail.com.
Məktubun başlığında isə qeyd edin: “Məşğulluq üzrə Demokratiya Məktəbi” – başqa başlıqla göndərilən məktublar müzakirə olunmayacaq!
Ərizələrin son qəbul vaxtı 1 mart 2022-ci ildir!
Seçimin nəticələri, uğurla keçmiş aplikantlara 2022-ci il 10 mart tarixinə qədər bildirələcək. Müraciət edənlərin sayının çoxluğundan irəli gələrək, təşkilat yalnız seçilmiş namizədlərlə əlaqə saxlayacaq.
Əlavə məlumat üçün bizə müraciət edin: +995 32 2 96 21 25; +995 599 68 68 96.
Məşğulluq üzrə Demokratiya məktəbinin fəaliyyəti “Demokratiya Üçün Milli Xidmətin” (NED) maliyyə dəstəyi ilə həyata keçirilən “Etnik azlıq icmalarının siyasi iştirakı” layihəsi çərçivəsində mümkün olub.