Gürcüstanın Strateji Araşdırmalar və İnkişaf Mərkəzi (CSRDG) fəaliyyət göstərən sosial müəssisələr üçün ideyaların qrant müsabiqəsini elan edir! Gürcüstanın Strateji Araşdırmalar və İnkişaf Mərkəzi “ ictimai təşkilatdır. 1995-ci ildə təsis edilib. Onun missiyası Gürcüstanda ictimaiyyətin rifahı üçün, yaxşı idarə etmə, davamlı, inkluziv iqtisadi inkişaf və fəal mülki cəmiyyətin yaradılmasına dəstək olmaqdır. Qrant müsabiqəsi “Sosial müəssisənin inkişafı davamlı və inkluziv ictimaiyyət üçün” layihəsi çərçivəsində elan olunur. Layihəni Gürcüstan Strateji Araşdırmalar və İnkişaf Mərkəzi (CSRDG) “Dünya üçün Çörək” və Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirir. Tərəfdaş təşkilatlar bunlardır: Sosial Müəssisələr Alyansı (SEA), Mülki İctimai İnstitut (CSİ), Gürcüstan Mülki İnkişaf Assosiasiyası (GCDA), Gürcüstan Demokratik İnkişaf İttifaqı (DDUG), Avropa Vençur Xeyriyyəçilik Assosiasiyası (EVPA), Gənclər Agentliyi. Müsabiqənin məqsədi Gürcüstan miqyasında fəaliyyət göstərən, artıq, sosial təsir və iqtisadi gəliri olan sosial müəssisələrin fəaliyyətinin genişləndirilməsi və inkişafına dəstək olmaqdır. Qrant müsabiqəsində iştirak etmək üçün tələb olunan qrant maliyyəsinin minimum 10%-lik qarşılıqlı iştirakı məcburidir. Ətraflı məlumat almaq üçün verilmiş sənədlərlə tanış olun. Xahiş edirik, müraciəti göndərən zaman başlıqda qeyd edin: Sosial Müəssisələrin İnkişafı üçün müraciət Müraciətlərin son göndərmə vaxtı: 2022-ci ilin 28 fevral tarixi, saat 18:00. Ərizə formasının elektron şəkildə, elektron poçt ünvanına göndərmək mümkündür: social.enterprise.ge@gmail.com Maraqlnanan şəxsərlə konsultasiya görüşü onlayn Zoom platformasından istifadə etməklə, 7 fevral saat 11:00-da və 21 fevral saat 11:00-da keçiriləcək. Görüşə qeydiyyat linki üçün daxil olun: https://us02web.zoom.us/meeting/register/tZMufumrrjwiHdGBGy8vp6sv9xb2NcG_vHes |
https://www.jobs.ge/ge/?view=jobs&id=351182
Əlavə məlumat üçün veb-səhifəyə daxil olun:
https://procurement-notices.undp.org/view_notice.cfm?notice_id=86775
yaxud qeyd olunan ünvanlara, “Sosial və İqtisadi Hüquqların Gücləndirilmə Mərkəzlərinə” müraciət edə bilərlər. Mərkəzin ekspert-məsləhətçiləri müsabiqədə iştirak etmək istəyənlərə kömək edəcəklər.
Axalkalaki: Çarentsi k. #18/1
Ninotsminda: Puşkin k. #49a
Marneuli: Qamsaxurdiya k. #4
Qardabani: Leselidze k. 1 kvartal, 1 korpus