ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi qrant müsabiqəsi elan edib. Müsabiqənin səmərəli yanaşmalardan istifadə edərək, Avropa dəyərlərinin və rifahının necə əks olunduğunu və onların Gürcüstanda insanların həyatına necə təsir etdiyini göstərən media məhsullarını seçmək və maliyyələşdirməkdir.
Qrant proqramının məqsədləri bunlardır:
- Mətbuat azadlığı və məlumatın sadələşdirilmiş şəkildə əlçatanlığına dəstək olan, güclü, əlverişli mühitin yaradılması.
- Mediada mülki-ictimai baxımdan müvafiq, faktlara əsaslanan və müstəqil informasiya resurslarına əlçatanlıq.
Müsabiqədə iştirak edə bilərlər: Milli tele və media subyektlər, eləcə də regional tele və media yayımçılar, onlayn media vasitələri, özəl istehsal sturkturları, peşə assosiasiyaları.
Müsabiqə çərçivəsində regional televiziya şirkətləri və onlayn media vasitələri tərəfindən təqdim olunmuş üç layihə təşəbbüsü maliyyələşdiriləcək.
Hər qrantın həcmi 3000-dən 5000 ABŞ dollara qədərdir.
Layihənin müddəti: 03/01/2023 – 05/30/2023.
Aplikasiya formalarını cari ilin 19 yanvarına qədər, qeyd olunmuş elektron poçt ünvanına göndərə bilərsiniz: contact.mp.ge@irex.org