Müsabiqənin məqsədi dünya miqyasında araşdırmaçılara ağaca qulluq göstərmək və şəhər meşə fondundan faydalanmaq sahələrində lazımı maddi dəstək göstərməkdir.
Müsabiqə çərçivəsində araşdırma aparılmalıdır və araşdırma aşağıda qeyd olunan üç prioritetli istiqamətə yönləndirilməlidir:
- Arbokulatura (ağaca qulluq mədəniyyəti): nəzəriyyə və təcrübə
- Ağacın sağlamlığı
- Risklərin qiymətləndirilməsi və yüngülləşdirilməsi (ağacın əkilməsi və struktur vahidliyinin parçalanması)
Müsabiqə çərçivəsində araşdırmaçıya veriləcək maliyyənin maksimum dəyəri 10 000 ABŞ dolları təşkil edir.
Müsabiqədə iştirak etmək üçün ərizələrin son qəbul vaxtı 15 sentyabrdır.
Ətraflı məlumat almaq üçün xahiş edirik linkə daxil olun
https://treefund.org/researchgrants/kimmel
Yaxud “Azlıq İcmalarının Sosial və İqtisadi Hüquqlarının Gücləndirilməsi Mərkəzlərinə”, aşağıda qeyd olunan ünvana müraciət edə bilərsiniz. Müsabiqədə iştirak etmək istəyən namizədlərə ekspert-məsləhətçilər kömək göstərəcək.
Axalkalaki: Çarentsi k. #18/1
Ninotsminda: Puşkin k. #49a
Marneuli: Qamsaxurdiya k. #4
Qardabani:Leselize k. 1 kvartal, 1 korpus