Müsabiqədə iştirak etmək məqsədi ilə iştirakçılar araşdırma aparmalıdır və kənd təsərrüfatı, qida sistemi sahələrində ideyalarını təqdim etməlidirlər.
Araşdırmanın prioritetli tərəfləri:
- Kənd təsərrüfatı mənbələrindən əldə olunacaq xammal (emal edilməmiş)
- Kənd təsərrüfatı sahəsində biotexnologiyalar
- Toxumun çatdırılması üçün əlaqə zənciri
- Yeni, qeyri-ənənəvi qidalar
- Ərzağın emalı
- Locistika xidməti və sistemlər
- Rəqəmsal texnologiyalar və göstəricilərə əsaslanmış qərarların qəbul edilmə sistemi
- Maliyyə xidmətləri
- Sosial innovasiyalar
- Sirkulyar iqtisadiyyat
Müsabiqə çərçivəsində iki qrant veriləcək/ iki ən yaxşı innovasiya araşdırmasının müəllifinə pul mükafatı təqdim olunacaq. Mükafatın miqdarı 5 000 ABŞ dollar təşkil edir. Müsabiqədə iştirak etmək üçün müraciətlərin son qəbul vaxtı 30 sentyabrdır.
Ətraflı məlumat almaq üçün linkə daxil olun
https://www.eatgrowsave.org/agrobiodiversity-innovation-challenge
Yaxud “Azlıq İcmalarının Sosial və İqtisadi Hüquqlarının Gücləndirilməsi Mərkəzlərinə”, aşağıda qeyd olunan ünvana müraciət edə bilərsiniz. Müsabiqədə iştirak etmək istəyən namizədlərə ekspert-məsləhətçilər kömək göstərəcək.
Axalkalaki: Çarentsi k. #18/1
Ninotsminda: Puşkin k. #49a
Marneuli: Qamsaxurdiya k. #4
Qardabani:Leselize k. 1 kvartal, 1 korpus