“Mülki İctimai İnstitut” Avropa ittifaqı (EU) və Konrad Adenauri Fondu (KAS) tərəfindən maliyyələşdirilmiş “Vətəndaş cəmiyyətinin təşəbbüsü: davamlı, açıq və məsuliyyətli mülki ictimai təşkilatlar Gürcüsanın inkişafı naminə” layihəsi çərçivəsində mülki təşkilatlar üçün qrant müsabiqəsi elan edir.
Qrant müsabiqəsinin əsas məqsədi ictimai təşkilatlara qarşı etibar və leqitimlik dərəcəsini artırmaq, təşkilati inkişafda ümumi olaraq tanınmış hesabatlılıq, şəffaflıq, yaxşı idarəetmə standartlarını təcrübədə tətbiq etməkdir.
Müsabiqədə ictimai təşkilatlar iştirak edə bilərlər. Təşkilat minimum 1 ildir təsis edilmiş olmalıdır. Qrantlar hesabatlılıq-şəffaflıq, eləcə də yaxşı idarəetmə standartları təcrübəsinin öz təşkilatları, eləcə də hədəf təşkilatlar qrupu və ya bütün sektor üçün sonrakı istiqamətlərə əsasən tətbiq edilməsinə istiqamətlənmiş təşəbbüslərə veriləcək:
Qrant üçün müraciət gürcü dilində, elektron formada təqdim olunmalıdır. Tələb olunan məbləğ 10 000 avrodan artıq olmamalıdır. Layihə müddəti 12 aydır.
Müsabiqədə iştirak edənlərin layihə üçün müraciətləri elektron formada, sonrakı ünvanda qəbul olunacaq: s.jashi@civilin.org. Ərizələrin son qəbul vaxtı 2022-ci ilin 12 dekabr tarixi, saat 18:00-dur.
Əlavə suallar olan halda əlaqə saxlayın: Tel: (995 32) 2 36 36 00 – Sopo Caşi Elektron poçt ümvanı: s.jashi@civilin.org, yaxud ətraflı məlumat üçün linkə daxil olun: shorturl.at/ghlu9