USAID-in Vətəndaş Cəmiyyətinin İştirakı Proqramı “İnnovasiyalar və çağırışlar qrantları” (ICG ) üçün müsabiqə elan edir. Müsabiqənin məqsədi ictimai təşkilatlarının, vətəndaş hərəkatlarının, peşə assosiasiyaları və qeydiyyatdan keçməmiş ictimai birliklərinin təşəbbüslərini dəstəkləməkdir. Həmin təşəbbüslər mülki iştirak və ya icma fəaliyyətinin arıtırlmasına istiqamətlənmiş olmalıdır.
Müsabiqə çərçivəsində 6 qrant veriləcək. Hər birinin büdcəsi 10 000 dollardan 25 000 dollara qədər olacaq, müddət isə 12 aya qədərdir.
Müraciətlərin son qəbul vaxtı 31 oktyabr 2022-ci il tarixidir.
Qrant üçün müraciətlər gürcü, azərbaycan, erməni və ingilis dillərində qəbul olunacaq. Əlavə məlumat üçün linkə daxil olun: https://tinyurl.com/5yhstkw7