“Südçülük sahəsinin müasirləşdirilməsi və bazarda əlçatanlığı” dövlət proqramı, Beynəlxalq Kənd Təsərrüfatı İnkişafı Fondunun (İFAD) tam maliyyəsi ilə Kaxeti və Kvemo Kartli regionunda süd istehsalı ilə məşğul olan fermerlərdən müraciətlərin qəbuluna başlayır. Onlara tam maliyyələşdirilmiş, texniki yardım almaq üçün dəstək göstəriləcək ki, fermanın təchizatını, gigiyenik şərtləri, mal-qaranın məhsuldarlığını, istehsal edilmiş məhsulun keyfiyyətini/sayını və s. yaxşılaşdırsınlar.
Südçülük sahəsinin müasirləşdirilməsinin və bazarda əlçatanlığının dövlət proqramı
Proqram çərçivəsində bütün fermerlər müraciət təqdim edə bilər, hansı ki:
- 6-dan 20 başa qədər sağılan mal-qarası var
- Süd və süd məhsulları istehsal edərək istifadəçiyə verir
Proqramın şərtləri:
İştirakçı olaraq seçilmiş fermer təsərrüfatlarında, ekspertlərin tövsiyəsi və sahibi ilə razılaşma əsasında, nümayiş üçün ferma quraşdırılacaq;
Proqramın resursu sonrakı istiqamətlərdə təkmilləşdirməyə sərf oluna bilər:
- Südün ilkin istehsalı/ südün gigiyenası;
- Heyvanın sağlamlığı
- Mal-qara qidasının istehsalı/saxlanılması
Maraqlanan namizədlərdən xahiş edirik, doldurduqları aplikasiya formasını sonrakı ünvana göndərsinlər: info@agroservice.ge
Müraciətlərin son qəbul vaxtı: 3 yanvar, 2022-ci il, saat 18:00.
Xahiş edirik, ətraflı məlumat üçün linkə daxil olun
https://jobs.ge/ge/?view=jobs&id=338714
Yaxud “Azlıq İcmlarının Sosial və İqtisadi Hüquqlarının Gücləndirilmə mərkəzi”-nin aşağıda qeyd edilmiş ünvanlarına müraciət edə bilərsiniz. Müsabiqədə iştirak etmək istəyənlərə mərkəzin ekspert-məsləhətçiləri yardım göstərəcək.
Axalkalaki: Çarentsi k. #18/1
Ninotsminda: Puşkin k. #49a
Marneuli: Qamsaxurdiya k.#4
Qardabani: Leselidze k. 1 kvartal, 1 korpus