BMT-nin inkişaf proqramı (UNDP), Gürcüstan Hökumət Administrasiyası, Gürcüstan Regional İnkişaf və İnfrastruktur Nazirliyi, “Fermer qadınlar Assosiasiyası” ilə əməkdaşlıq nəticəsində qrant müsabiqəsi elan edir. Müsabiqə 6 regionda mikro və kiçik sahibkar qadınlara dəstək məqsədi daşıyır.
Müsabiqə çərçivəsində biznes fəaliyyəti müzakirə olunacaq. Mövcud biznesin genişləndirilməsi yaxud gücləndirilməsi ilə bağlı ideyalara üstünlük veriləcək. Müsabiqənin regionlar arasında hədəfi Kvemo Kartli regionudur.
Müsabiqə çərçivəsində dəstəklənəcək:
İqtisadi fəaliyyət üçün lazım olan kiçik texnikanın, təchizat və materialların alınması və təqdim olunması. Bir benefisiar üçün texniki yardımın həcmi ən çox 5 000 lari təşkil edir.
Müsabiqə üçün müraciətlərin son qəbul vaxtı 30 sentyabr tarixidir.
Xahiş edirik, ətraflı məlumat almaq üçün linkə daxil olun
Yaxud “Azlıq İcmlarının Sosial və İqtisadi Hüquqlarının Gücləndirilmə Mərkəzi”-nin aşağıda qeyd edilmiş ünvanlarına müraciət edə bilərsiniz. Müsabiqədə iştirak etmək istəyənlərə mərkəzin ekspert-məsləhətçiləri yardım göstərəcək.
Marneuli: Qamsaxurdiya k. #4
Qardabani: Leselidze k. 1 kvartal, 1 korpus