Gürcüstan Strateji Araşdırmalar və İnkişaf Mərkəzi (CSRDG) yeni fəaliyyətə başlayan sosial müəssisələr üçün, “Sosial sahibkarlığın davamlı və inkluziv ictimaiyyət üçün inkişafı” layihəsi çərçivəsində ideyalar üzrə qrant müsabiqəsi elan edir.
Layihə 2021-ci ilin martından Avropa İttifaqının (EU) və “Dünya üçün çörək” (Brot) dəstəyi ilə tərəfdaşlarla əməkdaşlıq edərək həyata keçirilir. Tərəfdaşlar arasında Sosial Müəssisələr Alyansı (SEA), Mülki İctimai İnstitut (CSI), Gürcüstanın Mülki İnkişaf İttifaqı (GCDA), Gürcüstanın Demokratik İnkişaf İttifaqı (DDUG), Avropa Vençur Xeyriyyəçilik Assosiasiyası (EVPA), Gənclər Agentliyi (YAG) da var.
Müsabiqədə innovativ ideyaların həyata keçirilməsi, eləcə də davamlı sosial müəssisələrin yaradılması üçün əlavə resurslara ehtiyac duyan, ilkin (Start-up) mərhələdə olan və yeni sosial müəssisələr iştirak edə bilər.
Qrant müsabiqəsinə qoşulmaq üçün tələb olunan qrant maliyyələşdirməsinin minimum 10%-lik qarşılıqlı iştirakı lazımdır.
Müraciət göndərən zaman başlıqda “yeni fəaliyyətə başlayan sosial müəssisənin ərizəsi” qeyd etmək mütləqdir.
Müraciətlərin son qəbul vaxtı: 2022-ci il, 28 aprel, saat 18:00.
Maraqlanan şəxslərlə onlayn qaydada məsləhət xarakterli görüş keçiriləcək. Həmin görüş Zoom platfromasından istifadə etməklə 28 mart tarixində, saat 11:00-a və 11 aprel saat 11:00-a baş tutacaq.
Görüşə qeydiyyat linkini əldə etmək üçün buraya daxil olun: https://us02web.zoom.us/meeting/register/tZ0pcOmtpzkuHdfZWXYaVwdhLS-mWTzTXyhy
Ətraflı məlumat üçün veb-səhifəyə daxil olun:
https://www.jobs.ge/ge/?view=jobs&id=359898
Yaxud “Azlıq İcmalarının Sosial və İqtisadi Hüquqlarının Gücləndirilmə Mərkəzi”-nin
aşağıda qeyd edilmiş ünvanlarına müraciət edə bilərsiniz. Müsabiqədə iştirak etmək
istəyənlərə mərkəzin ekspert-məsləhətçiləri yardım göstərəcək.
Axalkalaki: Çarentsi k. #18/1
Ninotsminda: Puşkin k. #49a
Marneuli: Qamsaxurdiya k.#4
Qardabani: Leselidze k. 1 kvartal, 1 korpus