Gürcüstan İnnovasiyalar və Texnologiyalar Agentliyi “Startapların qarşılıqlı maliyyələşdirmə qrantları” proqramı çərçivəsinə qrant müsabiqəsi elan edir.
Müsabiqənin məqsədi Gürcüstanda, qlobal miqyasda potensialı olan, innovativ və yüksək texnoloji məhsulların, xidmətlərin yaradılmasına stimul verməkdir.
Qrant proqramında Gürcüstanın Sahibkarlıq haqqında Qanununa uyğun olaraq, Sahibkar və Qeyri-Sahibkar (qeyri-kommersiya) Hüquqi Şəxslər Reyestrində qeydiyyatdan keçmiş sahibkar subyekt, yaxud qeydiyyatı olmayan fiziki şəxs və ya fiziki şəxslər qrupu iştirak edə bilər. Qeydiyyatı olmayan fiziki şəxslər seçildiyi halda qarşılıqlı maliyyələşdirmə verilənə qədər onlar qeydiyyatdan keçiriləcəklər.
Qarşılıqlı maliyyələşdirmə qrant proqramı çərçivəsində verilmiş maliyyə maksimum 9 aylıq layihə üçün nəzərdə tutulub. Qrantın miqdarı isə 150 000 laridən artıq olmamalıdır.
Həmçinin, tələb olunan qrantın minimum 10 faizi müraciət edən tərəfindən nəğd şəkildə təmin edilməlidir.
Qrantların qarşılıqlı maliyyələşdirilməsi üçün təlimatlar və digər zəruri sənədlər həmin səhifədə yerləşir.
Əlavə məlumat üçün linkə daxil olun: https://grants.gov.ge/ka/გრანტები?call=272
Biznes ideya üçün ərizələrin son qəbul vaxtı- 2023-cü il, 27 iyul, saat 23:59-a qədərdir.