“Gürcüstan Strateji Araşdırmalar və İnkişaf Mərkəzi” 1995-ci ildə təsis edilmiş ictimai təşkilatdır. Onun missiyası Gürcüstanda ictimai firavanlıq, yaxşı idarəetmə, davamlı, inkluziv iqtisadi inkişaf və fəal vətəndaş cəmiyyətinin yaradılmasına dəstək olmaqdır.
2020-ci ilin oktyabr ayında, Avropa İttifaqı (EU) və “Dünyaya çörək”-in (Brot) dəstəyi ilə “Bacarıqların gücləndirilməsi və Gürcüstanın regional inkişafı üçün işlə təmin etmədə innovasiyalı imkanlar” (“Skill Building and Innovative Job Opportunities for Regional Development of Georgia”), adlı 36 aylıq layihə başladı. Layihəni Gürcüstan Strateji Araşdırmalar və İnkişaf Mərkəzi (CSRDG), Gənc Pedaqoqlar İttifaqı (YPU) və Gürcüstanın Mülki İnkişaf Assosiasiyası (GCDA) ilə birlikdə həyata keçirir.
Layihə çərçivəsində Gürcüstan Strateji Araşdırmalar və İnkişaf Mərkəzi (CSRDG) sosial müəssisələr üçün (WISE ) sosial müəssisələrin əmək inteqrasiyası qrant müsabiqəsini elan edir.
Qrant müsabiqəsinin məqsədi əmək bazarında az rəqabətli, həssas qrup nümayəndələrinin effektiv şəkildə işlə təmin edilməsi və inteqrasiyası üçün, sosial müəssisələrin əmək inteqrasiyası müəssisələrinin təşəbbüs edilməsinə yaxud, inkişafına dəstək olmaqdır.
Qrant müsabiqəsinin hədəf regionları: Quria, Kaxeti, Kvemo Kartli
Sosial müəssisələrin əmək inteqrasiyasınin təsis edilməsi/inkişaf etdirilməsi üçün tələb olunan qrant maliyyəsi, 14 000 avrodan artıq olmamalıdır.
Qrant müsabiqəsində iştirak etmək üçün tələb olunan qrant maliyyəsinin minimum 5% qarşılıqlı maliyyəsində iştirak etmək məcburidir.
Sosial müəssisələrin əmək inteqrasiyası ideyasını ərizə formasının elektron qaydada, electron poçt vasitəsilə təqdim etmək olar: social.enterprise.ge@gmail.com
Xahiş edirik, müraciət göndərən zaman başlıqda qeyd edəsiniz: Sosial müəssisə üçüm müraciət, müraciətlər üçün son vaxt: 2021-ci ilin 25 noyabr tarixi, saat 18:00-dur.
Xahiş edirik, ətraflı məlumat üçün linkə daxil olun
https://jobs.ge/ge/?view=jobs&id=332400
Yaxud “Azlıq İcmlarının Sosial və İqtisadi Hüquqlarının Gücləndirilmə mərkəzi”-nin aşağıda qeyd edilmiş ünvanlarına müraciət edə bilərsiniz. Müsabiqədə iştirak etmək istəyənlərə mərkəzin ekspert-məsləhətçiləri yardım göstərəcək.
Axalkalaki: Çarentsi k. #18/1
Ninotsminda: Puşkin k. #49a
Marneuli: Qamsaxurdiya k.#4
Qardabani: Leselidze k. 1 kvartal, 1 korpus