Hər hansı yetkinlik yaşına çatmış Gürcüstan vətəndaşının dövlət proqramı mikro və kiçik sahibkarlıq çərçivəsində elan edilmiş qrant müsabiqəsində iştirak etmək hüququ var. 2020-ci ilin qrant müsabiqəsinin qalibi olan benefisiarlar istisna olmaqla, proqram çərçivəsində maliyyələşdirmə qazana bilməyən sahibkar subyekt, yaxud ilk dəfə iştirak edən subyektlər, eləcə də bir dəfə proqramın mikro və kiçik sahibkarlıq hissəsi ilə nəzərdə tutulmuş dəstəyi qazanmış sahibkar subyekt də proqamda iştirak edə bilər. Onlar üçün proqramın mövcud sahibkar subyektlər proqramı çərçivəsində qrant qazanmaq imkanı artıq maliyyələşdirilmiş işlərin genişləndirilməsi yaxud yeni biznes layihə halları olacaq. Proqram bütün Gürcüstan miqyasında həyata keçirilir.
Proqram çərçivəsində maddi yardım göstərmək yolu ilə, mövcud, eləcə də potensial sahibkarlara öz işlərini başlamaq imkanı verilir. Konsultasiya komponentinin olması isə maraqlanan şəxslərin biznes yaratmaq baxımından bilgisinin artırılmasını təmin edəcək.
Proqramın iki mühüm komponentini, biznesin başlanması, yaxud mövcud olanın genişləndirilməsi üçün vacib maddi dəstək və texniki yardım təşkil edir.
Maddi dəstək potensial benefisiarlar üçün məqsədli qrant ayrılmasını nəzərdə tutur. Qrantın maksimum dəyəri 30 000 laridir. Pilot regionlarda – İmereti, Quria, Kaxeti, Raça-Leçxumi və Kvemo Svanetinin regionlarında maksimum dəyər 40 000 laridir. Layihə çərçivəsində alınan maliyyə vəsaitinin ən azı 90%-i əsaslı məsrəflərə, 10%-dən çoxu isə dövriyyə vəsaitlərinə yönəldilməlidir.
Proqramda qeyd olunan meyarları qane edən hər kəs iştirak edə bilər:
- Həddi-büluğa çatmış (18 yaşa çatmış) Gürcüstan vətəndaşı
- Dövlət məmuru deyil;
- 2020-ci ilin mikro və kiçik sahibkarlığa dəstək proqramının benefisiarı / 2015-2018-ci illərin ən az bir dəfə artıq maliyyələşdirilmiş iştirakçısı deyil (əlavə məlumat üçün proqramla bağlı qərara baxın);
- Biznesplan müsabiqəsinə qalib gəldiyi halda, ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş fiziki şəxslərdən başqa, vergi ödəyicisi kimi identifikasiya nömrəsi verilmiş, vergi ödəyən fiziki şəxs olaraq qeydiyyatdan keçəcəyinə hazır olduğunu bildirir.
- Proqramın yeni benefisiarı qrant qazandığı halda, tələb edilmiş qrantın dəyərinin 20%-də, dağlıq məntəqələrdə isə 10%-də özünün maddi iştirakını həyata keçirməlidir.
- Proqramın mövcud benefisiarı qrant qazandığı halda tələb olunmuş qrant dəyərinin 50%, dağlıq məntəqələrdə isə 25% maddi iştirakını həyata keçirməlidir.
- Həmin proqramın sərəncamında nəzərdə tutulmuş biznes fəaliyyətlər maliyyələşdirilir. Kənd təsərrüfatı ilkin məhsul istehsalçısı və vergi ödəyicisi olan şəxsələrə qadağan edilməmiş kənd təsərrüfatının ilkin istehsalı ilə əlaqədar xidmətlər istisnadır. (Əlavəyə baxın, fəaliyyət siyahısı).
- Beləliklə, biznes ideyanın müəllifi hüquqi şəxs statusu olan sahibkar-subyekt olaraq, məsələn: MMC, SC,Kooperativ, dostluq və s. kimi qeydiyyatdan keçməməlidir.
Ərizələrin son qəbul vaxtı: 11.04.2022
Əlavə məlumat almaq üçün linkə daxil olun
Yaxud “Azlıq İcmalarının Sosial və İqtisadi Hüquqlarının Gücləndirilmə Mərkəzi”-nin
aşağıda qeyd edilmiş ünvanlarına müraciət edə bilərsiniz. Müsabiqədə iştirak etmək
istəyənlərə mərkəzin ekspert-məsləhətçiləri yardım göstərəcək.
Axalkalaki: Çarentsi k. #18/1
Ninotsminda: Puşkin k. #49a
Marneuli: Qamsaxurdiya k.#4
Qardabani: Leselidze k. 1 kvartal, 1 korpus