Avropa Fondu Gürcüstanda qeydiyyatdan keçmiş və fəaliyyət göstərən mülki-ictimai təşkilatları 2023-cü ilin 10 yanvarından 31 yanvarına qədər, fondun açıq qapı qrant mexanizmi qrantı almaq üçün ilkin və ya tam layihə müraciətini təqdim etməyə çağırır. Açıq qapı qrant mexanizmi çərçivəsində mülki-ictimai təşkilatların həmin vaxt başa çatdıqdan sonra da fonda müraciət etmək imkanı olacaq.
Avropa Fondu haqqında – Avropa Fondunun missiyası, praktiki proqramların həyata keçirilməsi ilə vətəndaşlara sosial ədalətin təsis edilməsinə, iqtisadi firavanlığın artırılmasına öz təöhfələrini vermək imkanı yaratmaqdır ki, onların, ətrafındakıların yaşamı yaxşılaşsın.
Açıq qapı qrant mexanizmi haqqında – açıq qapı qrant mexanizmi mülki ictimai təşkilatlara ictimaiyyət qarşısında duran ciddi problemləri və onların həlli üçün innovativ yollar müəyyən etmək imkanı verir. Fond açıq qapı müsabiqə mexanizminin vasitəsilə daim layihə təkliflərini qəbul etməyə hazırdır. Proqram yeni, innovativ və pilot layihələrə dəstək olmaq üçün effektiv vasitədir. Eləcə də sürətli və təcili intervensiyaya ehtiyac duyan problemlərə cavab olaraq effektiv vasitələrdən biridir.
Təqdim edilmiş layihələr qarşılıqlı iştirakla mülki monitorinq və advokatlaşdırma yolu ilə davamlı pozitiv dəyişikliklərə nail olmaq məqsədi daşımalıdır. Açıq qapı mexanizmi vətəndaş iştirakının güclənməsinə dəstək olan, eyni zamanda genişləndirmə, təkrarlama və davamlılıq potensialı olan bütün növ ictimai təşkilatlar və onların layihələrinə açıqdır. Açıq qapı mexanizmi çərçivəsində təqdim edilmiş layihə müraciəti fondun missiya və tapşırıqlarına uyğun olmalıdır. Layihə yerində mövcud olan konkret problemlərə qalib gəlməyin real yollarını əks etdirməlidir və həmin problemlərin etibarlı göstəricilər əsasında prioritet olduğunu təsdiqləməlidir. Bundan əlavə, layihənin metodologiyası problemlərin müəyyən edilməsi və həlli yollarının tapılmasında, vətəndaşların maraqlarının qorunmasında və dəyişikliklərin həyata keçirilməsində geniş vətəndaş iştirakını aydın şəkildə təsvir etməlidir. Layihə yerli və ya ölkə səviyyəsində əhəmiyyətli sosial, siyasi, iqtisadi dəyişikliklərlə nəticələnməlidir.
Vətəndaş cəmiyyəti subyektlərinin institusional gücləndirilməsi Avropa Fondunun institusional gücləndirmə istiqamətində fəaliyyəti seçilmiş layihə ərizələri təqdim edən vətəndaş cəmiyyəti təşkilatlarına aşağıdakı sahələrdə potensialın gücləndirilməsini nəzərdə tutan təşkilati inkişaf üçün əlavə maliyyə vəsaiti almağa imkan verir: Şuranın idarə edilməsi, proqramların idarə edilməsi, maliyyə menecmenti, insan resurslarının idarə edilməsi, kommunikasiya və vəsait toplama. Seçilmiş təşkilatlar təşkilati inkişafın maliyyələşdirilməsi üçün əlavə prosedurlardan keçəcəklər. Avropa Fondu gender bərabərliyinə xüsusi əhəmiyyət verir və ərizəçiləri layihə müraciətləri hazırlamağa, onların layihəsinin qadınlara, kişilərə hansı təsir göstərə biləcəyini nəzərə almağa çağırırlar.
Ərizəçi Avropa Fonduna ilkin və ya tam layihə müraciətini elektron poçt vasitəsi ilə qeyd olunan ünvana göndərməlidirlər: info@epfound.ge, həmçinin, məktubun başlıq sütununda qeyd etsinlər: Open Door Grantmaking.
Avropa Fondunun ünvanı: Kavsadze k. 3, 2-ci mərtəbə. Tel/faks: (+995 32) 225 39 42/43.
Əlaqələndirici şəxs: Nino Stavriti, proqramın meneceri nstavridi@epfound.ge
Ətraflı məlumat üçün qeyd olunan linkə daxil olun:https://epfound.ge/ge/news/singleview/1626-request-for-proposals-for-civil-society-organizations