Müsabiqənin məqsədi bütün Gürcüstan ərazisində (Tbilisi də daxil olmaqla) işə əsaslanan ikili təhsil yaxud, peşə hazırlığı proqramının hazırlanması/həyata keçirilməsi üçün (peşə hazırlığı barədə əlavə məlumat almaq üçün N2 əlavəyə baxın) özəl sektorun texniki təchizatının əlçatanlığına dəstək olmaqdır.
Layihənin dəstəyi ilə özəl sektor, kənd təsərrüfatı və qida məhsullarının emalı istiqamətində işə əsaslanan təhsilin ikili yaxud, peşə hazırlığı proqramı hazırlamaq/həyata keçirmək üçün texniki təchizatın əlçatanlığını təkmilləşdirə biləcək. Həmçinin, təhsil/iş təcrübəsini həyata keçirmək üçün lazımı maddi resursları əldə edə yaxud, aqrar profilli, ikili peşə proqramının məzunlarının işlə təmin edilməsi üçün əlavə resurs təmin edə biləcək.
Müsabiqədə iştirak etmək hüququ verilir: Gürcüstanda fəaliyyət göstərən qanunvericiliyə uyğun şəkildə qeydiyyatdan keçmiş sahibkar subyektlərə; İş/təhsil təcrübəsinə peşəkar tələbələr qəbul etmək istəyi olan, işə əsaslanan təhsilə qoşulmuş fermer təsərrüfatlarına, müəssisələrə, şirkət ya assosiasiyalara; İşə əsaslanan təhsilin həyata keçirilməsinə qoşulmaq üçün motivasiyası olan aqrar yaxud, emal profildə fəaliyyət göstərən kiçik, orta ya böyük bizneslərə;
Qrant sənədlərini yükləmək üçün linkə daxil olun:
https://gfa.org.ge/%e1%83%99%e1%83%94%e1%83%a0%e1%83%ab%e1%83%9d-%e1%83%a1%e1%83%94%e1%83%a5%e1%83%a2%e1%83%9d%e1%83%a0%e1%83%98%e1%83%a1-%e1%83%a2%e1%83%94%e1%83%a5%e1%83%9c%e1%83%98%e1%83%99%e1%83%a3%e1%83%a0-2/
Qrant üçün müraciətləri 2021-ci ilin 24 noyabr tarixi, saat 18:00-a qədər təqdim edə bilərsiniz.
Xahiş edirik, ətraflı məlumat almaq üçün linkə daxil olun:
https://jobs.ge/ge/?view=jobs&id=335826
Yaxud “Azlıq İcmlarının Sosial və İqtisadi Hüquqlarının Gücləndirilmə mərkəzi”-nin aşağıda qeyd edilmiş ünvanlarına müraciət edə bilərsiniz. Müsabiqədə iştirak etmək istəyənlərə mərkəzin ekspert-məsləhətçiləri yardım göstərəcək.
Axalkalaki: Çarentsi k. #18/1
Ninotsminda: Puşkin k. #49a
Marneuli: Qamsaxurdiya k.#4