Niderland Krallığının Gürcüstandakı səfiri Maria Van Koldam, Kvemo Kartli regionuna səfəri çərçivəsində, SEREC-in Marneulidəki mərkəzinə gedib. Səfir “Çoxmillətli Gürcüstan”ın uzunmüddətli müşahidəçisi Leyla Məmmədova və mərkəzin koordinatoru Səbinə Talıbova ilə görüşüb. Maria Van Koldam Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən Serec layihəsi haqqında ətraflı məlumat alıb. Müxtəlif məsələlərlə bağlı söhbət zamanı Kvemo Kartlidə, etnik azlıqlar qarşısında duran problemlər müzakirə olunub. Marneuli Mərkəzi tərəfindən araşdırılmış və müəyyən edilmiş pozuntulara diqqət yetirilib. Həmçinin, etnik əlamətlə diskriminasiya faktları, konkret olaraq isə qeyd olunan səbəblə müəyyən şəxslərin işdən azad edilməsinə cəhd halları barədə söhbət aparılıb.
tövsiyə
Zurab Jvania Fondu 2023-cü ilin “Tsinandali mükafatı” üçün müsabiqə...
İnsan Hüquqları Mərkəzi “Sülh quruculuğu və münaqişənin transformasiyası”təliminə iştirakçılar...
Vətəndaş Cəmiyyəti İnstitutu Mərkəzi və Regional Mediada – “Bu...