Qrant müsabiqəsi “Gürcüstan Strateji Araşdırmalar və İnkişaf Mərkəzi” (CSRDG) “Avropa İttifaqı və Gürcüstan arasında Assosiasiya müqaviləsi məsələlərinin monitorinqi və advokatlaşdırma” qrant müsabiqəsi elan edir. Müsabiqənin məqsədi Avropa İttifaqı ilə Assosiasiya prosesinə dəstək olacaq təşəbbüslərə, dərin və hərtərəfli azad ticarət məkanı barədə razılaşmanın (DCFTA) həyata keçirilməsi ilə bağlı islahatların effektiv həyata keçirilməsinə, xüsusilə, ekologiya, enerji effektivliyi, intellektual əmlakın qorunması, istifadəçi maraqlarının qorunması, qida təhlükəsizliyi və s. kimi məsələlərə dəstək olmaqdır. Müsabiqənin məqsədi Avropa İttifaqı və Gürcüstan arasında Assosiasiya razılaşması ilə nəzərdə tutulmuş islahatların həyata keçirilmə monitorinqi və advokatlaşdırılmasıdır. Müsabiqədə, qeydiyyatdan keçmiş və Tbilisidən başqa, Gürcüstanın hər hansı regionunda fəaliyyət göstərən mülki ictimai təşkilatlar iştirak edə bilər. Tbilisidə qeydiyyatdan keçmiş yaxud əsasən Tbilisidə işləyən təşkilatların iştirakına yalnız tərəfdaş (birgə müraciət edən) olaraq yolveriləcək. Maraqlanan təşkilatlar tam müraciət paketini gürcü dilində, qeyd olunan elektron ünvana göndərməlidirlər: advocacyoversight.grants@gmail.com Müraciətlərin son göndərilmə vaxtı 2022-ci ilin 20 fevral tarixi, saat 24:00-a qədərdir. Layihənin maliyyələşdirilməsi ilə bağlı yekun qərar ən gec 2021-ci ilin 20 mart traixinə qədər veriləcək. Əlavə məlumat üçün elektron poçt ünvanı ilə əlaqə saxlaya bilərsiniz: advocacyoversight.grants@gmail.com. Əlaqə saxlayacağınız şəxs: Ana Nadiraşvili, qrantlar üzrə menecer. Müsabiqə ilə əlaqədar göndərilmiş suallar, müvafiq cavablarla birlikdə təşkilatın veb-səhifəsində yayımlanacaq: https://www.csrdg.ge. Müraciət etmə prosedurları ilə bağlı ətraflı məlumat və tam müraciət paketinə linkdə baxın: https://drive.google.com/drive/folders/1hDbCnHoUdVKAz99yaxLyy8Wl108PvUmv |
Əlavə məlumat üçün veb-səhifəyə daxil olun
https://www.jobs.ge/ge/?view=jobs&id=348817
yaxud qeyd olunan ünvanlara, “Sosial və İqtisadi Hüquqların Gücləndirilmə Mərkəzlərinə” müraciət edə bilərlər. Mərkəzin ekspert-məsləhətçiləri müsabiqədə iştirak etmək istəyənlərə kömək edəcəklər.
Axalkalaki: Çarentsi k. #18/1
Ninotsminda: Puşkin k. #49a
Marneuli: Qamsaxurdiya k. #4
Qardabani: Leselidze k. 1 kvartal, 1 korpus