“Məsləhət və Təlim Mərkəzi (CTC)”, Avropa İttifaqı və Konrad Adenauri Fondu tərəfindən maliyyələşdirilən “Vətəndaş cəmiyyəti təşəbbüsü” (STAR İnitiative) çərçivəsində “İctimai təşkilatların fəaliyyətinin və nəticələrinin qiymətləndirilməsi” müsabiqəsini elan edir.
Müsabiqədə yalnız nümayəndəsi və ya nümayəndələri “İctimai təşkilatların fəaliyyətinin və nəticələrinin qiymətləndirilməsi” adlı müstəqil distant təhsil kursunu uğurla keçəcək ictimai təşkilatlar iştirak edə bilərlər.
Maraqlandığınız halda, xahiş edirik aşağıda təqdim olunan linkdə qeydiyyatdan keçin.
“Məsləhət və Təlim Mərkəzi (CTC)” Avropa İttifaqı və Konrad Adenauri Fondu tərəfindən maliyyələşdirilən “Vətəndaş cəmiyyəti təşəbbüsü” (STAR İnitiative) çərçivəsində “İctimai təşkilatların fəaliyyətinin və nəticələrinin qiymətləndirilməsi” müsabiqəsini elan edir. “Vətəndaş cəmiyyəti təşəbbüsü” layihəsi “Konrad Adenauri Fondu (KAS)” tərəfindən “Vətəndaş Cəmiyyəti İnstitutu (CSİ)”, “Gürcüstan Strateji Araşdırmalar və İnkişaf Mərkəzi (CSRDG)”, “Təhsilin İnkişafı və İşlə Təmin Etmə Mərkəzi (EDEC)”, “Məsləhət və Təlim Mərkəzi (CTC)” və “Avropa Siyasi İnstitutu (İEP)” ilə əməkdaşlıqla həyata keçirilir. Layihənin məqsədi vətəndaş cəmiyyətinin gücləndirilməsi, ictimai təşkilatların və qrupların davamlılıq, hesabatlılığını artırmaq, onların fəaliyyət mühitini yaxşılaşdırmaqdır. “Məsləhət və Təlim Mərkəzi (CTC)” 1999-cu ildən fəaliyyət göstərir. Onun məqsədi ölkənin sosial-iqtisadi inkişaf prosesinə dəstək olmaq və güclü vətəndaş cəmiyyətinin yaradılmasıdır. CTC öz fəaliyyəti ilə yerli insan resursu və təşkilatı imkanları, potensialın inkişafını təmin edir. Vətəndaş cəmiyyətinə dəstək olmaq və gücləndirmək CTC-in əsas məqsədlərindən biridir. Daha çox məlumat almaq üçün sayta daxil ola bilərsiniz: www.ctc.org.ge.
Müsabiqənin məqsədi ictimai təşkilatlara özlərinin monitorinq və qiymətləndirmə sisteminin yaxşılaşdırılmasına və ya inkişafına dəstək olmaqdır. Müvafiq olaraq, layihə bu yöndə istiqamətlənmiş tədbirləri əhatə edə bilər:
- Təşkilatın strategiyası və onun həyata keçirilməsinin gözlənilən nəticələrinin obyektiv göstəricilərinin (indikatorların) tam olması;
- Obyektiv göstəricilərin (indikatorların) yoxlanılması üçün lazım olan göstəricilərin toplanması, saxlanılması, hazırlanması və analiz sisteminin yaxşılaşdırılması;
- Hesabat formalarının və mexanizmlərin formalaşdırılması.
Qrant müsabiqəsində iştirak etməyin ilkin şərti: qrant müsabiqəsində iştirak etmək istəyən ictimai təşkilat nümayəndəsi və ya nümayəndələri “İctimai təşkilatların fəaliyyətinin və nəticələrinin qiymətləndirilməsi” adlı müstəqil distant təhsil kursunu keçməlidirlər. Qeyd olunan şəxs və ya şəxslər təşkilatın monitorinq və qiymətləndirmə sistemində məsuliyyətli olmalıdırlar. Qrant müsabiqəsində onların layihə müraciətinin qalib gəldiyi halda layihəyə rəhbərlik etməlidirlər. Tədris kursu və qrant müsabiqəsində iştirak etmək prosesi təhsil kursu və qrant müsabqiəsində iştirak etmək üçün prosedur belədir:
İştirakçı “İctimai təşkilatların fəaliyyətinin və nəticələrinin qiymətləndirilməsi” təhsil kursuna qeydiyyatdan keçməlidir. O, qeydiyyat üçün “Təhsil kursuna qeydiyyat (G). (https://forms.gle/KWjowHZjayjqnyuy6)“ linki ilə davam etməlidir. Qeydiyyat 2023-cü ilin 10 mart tarixində, saat 12:00-da başa çatır.
Layihələrin müddəti və büdcə: layihəsinin həyata keçirilməsinin maksimum müddəti 6 aydır. Layihə büdcəsinin ən yüksək həddi 2000 avrodur (lari ekvivalenti). Layihə qrant müqaviləsi əsasında maliyyələşdiriləcək. Layihənin büdcəsi ilə nəzərdə tutulmuş xərclər bütün vergiləri əhatə etməlidir. Seçilmiş layihə müraciətləri proqram çərçivəsində razılığa gəlinmiş kursa əsasən, qrant müqaviləsi əsasında maliyyələşdiriləcək. İştirakçının müraciətinin seçilib seçilməməsinə baxmayaraq qrant müraciətinin hazırlanması və təqdim edilməsi üçün çəkilən xərclər qarşılanmır.
Təhsil kursu və qrant müsabiqəsində iştirak etməklə əlaqədar məsələlərdə proqram koordinatoru Tika Dolidzeyə müraciət edə bilərsiniz: elektron-poçt: tika.dolidze@ctc.org.ge .
https://www.ctc.org.ge/wp-content/uploads/2023/02/01_RFP-for-PerfLab-grants-2.pdf