Gürcüstanda Qadınlar Fondu açıq qapı qrant müsabiqəsi proqramını yeniləyib.
Proqramın prioritetləri arasında qadınların innovativ təşəbbüsləri, feminist baxışları və sosial dəyişikliklərə istiqamətlənmiş fəaliyyətlər də var.
Fond tədqiqatçı və eləcə də sənətçi qadınların fərdi və qrup şəklindəki təşəbbüslərini dəstəkləyəcək. Qrant proqramı həm Gürcüstanın paytaxtını, həm də onun regionlarını əhatə edir.
Qrant üçün məbləğin dəyəri 5000 ABŞ dollarıdır, layihənin maksimum müddəti isə altı aydır.
Layihə üçün mraciətlər 2023-cü ilin yanvar ayının sonuna qədər qeyd olunan ünvana qəbul olunacaq:
grants@womenfundgeorgia.org
Əlavə məlumat ümün veb-səhifəyə daxil olun:
https://www.womenfundgeorgia.org/ka/WhatWeDo/Grantmaking/3641