Fiziki imkanları məhdud olan şəxslərin təşkilatları və mülki-ictimai təşkilatların advokatlaşdırılmasının gücləndirilməsinə, fiziki imkanları məhdud olan şəxslərin hüquqları haqqında qanunun həyata keçirilməsinin təkmilləşdirilməsinə dəstək olmaq üçün qrant müsabiqəsi elan olunur.
Avropa Fondu Şida Kartli, Kvemo Kartli, Kaxeti və Samtsxe-Cavaxetidə fəaliyyət göstərən fiziki imkanları məhdud olan şəxslərin hüquqları haqqında qanunun daha yaxşı həyata keçirilməsi üçün fəaliyyət göstərən fiziki imkanları məhdud olan şəxslər və mülki ictimai təşkilatlar üçün qrant müsabiqəsi elan edir.
Qrant müsabiqəsi iştirakçı vətəndaş monitorinqi və təbliğatını dəstəkləməklə daha hesabatlı və şəffaf dövlət siyasətinin inkişafını təşviq etmək məqsədi daşıyır. Müsabiqə həm də fiziki imkanları məhdud olan şəxslər və mülki ictimai təşkilatların həm institusional potensial, həm də müxtəlif tematik istiqamətlər üzrə potensialını gücləndirmək məqsədi daşıyır ki, onlar öz missiyalarını daha yaxşı yerinə yetirə bilsinlər.
Qrant müsabiqəsinin məqsədi və vəzifələri: Qrant müsabiqəsinin məqsədi Şida Kartli, Kvemo Kartli, Kaxeti və Samtsxe-Cavaxetidə fəaliyyət göstərən mülki ictimai təşkilatların və fiziki imkanları məhdud olan şəxslərin təşkilatlarının səylərini dəstəkləməkdir. Həmin təşkilatlar da fiziki imkanları məhdud olan şəxslərin hüquqlarının qorunmasına və dəstək göstərilməsinə istiqamətlənib.
Müsabiqənin əsas məqsədləri aşağıdakılardır: 1. İştiraklı vətəndaş monitorinqi və vəkilliyin dəstəyi ilə şəffaf, hesabatlı dövlət siyasətinin inkişafına kömək etmək. Həmin siyasət fiziki imkanları məhdud olan şəxslər haqqında qanunun icra edilməsinin yaxşılaşdırılmasına istiqamətlənmiş olmalıdır. 2. Fiziki imkanları məhdud olan şəxslər və mülki ictimai təşkilatlarının öz missiyalarını daha yaxşı yerinə yetirə bilmələri üçün həm institusional imkanlar baxımından, həm də müxtəlif tematik sahələrdə bacarıqlarının gücləndirilməsi.
Müsabiqə layihəsi üçün nəzərdə tutulan maksimum qrant məbləği 70.000 laridir. Layihənin müddəti 12 aydan 16 aya qədər olmalıdır.
Müraciətlər qeydiyyatdan keçmiş fiziki imkanları məhdud olan şəxslər və mülki ictimai təşkilatlar, həmçinin, Şida Kartli, Kvemo Kartli, Kaxeti və Samtsxe-Cavaxetidə fəaliyyət göstərən təşkilatların şəbəkələri və koalisiyaları tərəfindən təqdim edilə bilər. Müsabiqədə hədəf bölgələrində qeydiyyatdan keçmiş və orada fəaliyyət göstərən təşkilatlara üstünlük veriləcək.
Ərizə təqdim etmə proseduru: Ərizəçilər tam layihə ərizəsini 23 yanvar 2023-cü il tarixində, saat 16:00-dan gec olmayaraq Avropa Fonduna, aşağıdakı elektron poçt ünvanına təqdim etməlidirlər: info@epfound.ge (Xahiş edirik,məktubun başlıq sütununda qeyd edin: DPO Grant Competition) Ətraflı məlumat üçün daxil olun: shorturl.at/krCKZ