Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığın Gürcüstandakı səfiri Mark Kleyton SEREC-in Axalkalaki nümayəndəliyini ziyarət edib. Görüş qeyri-hökumət təşkilatı “Çoxmillətli Gürcüstan”ın dəstəyi ilə təşkil olunub. Səfiri SEREC-in yerli mərkəzinin koordinatoru Vaqarşak Şaxbekyan qarşılayıb. Mark Kleytonla görüşdə, həmçinin, Axalkalakidə fəaliyyət göstərən müxtəlif təşkilat nümayəndələri, eləcə də Rima Garibiani – “Açıq sərhədlər”, Təhsil Mərkəzinin direktoru Şorena Tetvadze, “Yerli İnkişaf Qrupu – LAG” Seri Şaxbekyan, ATV12 teleşirkətindən Velik Ktoyan və “Xodo” Samvel Xodikyan da iştirak edib.
Mark Kleyton regionda mövcud olan vəziyyətlə və etnik azlıqların qarşılaşdığı problemlərlə maraqlanıb. Qeyri-hökumət təşkilatlarının nümayəndələri səfirlə öz baxışlarını, uğurlarını, plan və fikirlərini bölüşüblər.