Amerika Birləşmiş Ştatlarının Kənd Təsərrüfatı Departamenti (USDA) tərəfindən maliyyələşdirilən və Land O’Lakes International Development Georgia (Venture37) tərəfindən həyata keçirilmiş “Zərərsiz və Keyfiyyətli Heyvandarlıq üçün İnvestisiya” (SQİL) layihəsi, Gürcüstanda mal əti və süd məhsullarının istehsalı, bazarda əlçatanlığının artırılması məqsədi ilə layihələrin qarşılıqlı maliyyələşdirilməsi üçün müsabiqə elan edir.
Qarşılıqlı maliyyələşdiriləcək layihənin seçim prosesi, gəlirə yönləndirilmiş iribuynuzlu mal-qara və süd məhsulları istehsalçılarına, emal edənlərə (süd və ət istehsal edən fermerlər, emal müəssisələri və sallaqxanalar) açıq və rəqabətli seçim prosesi şəraitində müraciət etmək, USDA tərəfindən, SQİL vasitəsi ilə maliyyə almaq imkanı yaradır.
SQİL həyata keçirilmə prosesi 18 aydan artıq olmayan layihələrə yardım göstərməyi planlaşdırır. SQİL-in bir yaxud bir neçə müraciəti seçmək, ərizədə verilmiş tələblərin bir qismini maliyyələşdirmək yaxud müraciətin qarşılıqlı maliyyələşdirilməsini həyata keçirmək hüququ var.
Qrant müsabiqəsində qanunvericiliyə uyğun olaraq, Gürcüstanda qeydiyyatdan keçmiş hüquqi şəxs statusu olan, mal əti və süd məhsulları istehsalı, emalı həyata keçirənlər iştirak edə bilər.
SQİL layihəsi tərəfindən ayrılmış dəyər 75,000 ABŞ dollarının milli valyuta ekvivalentinin miqdarından artıq və 10, 000 ABŞ dollarından az olmamalıdır.
Ərizələrin qəbulu üçün yekun vaxt 11 oktyabr, 2021-ci il, saat 18:00.
Xahiş edirik, ətraflı məlumat almaq üçün linkə daxil olun
https://jobs.ge/ge/?view=jobs&id=324929
Yaxud “Azlıq İcmlarının Sosial və İqtisadi Hüquqlarının Gücləndirilmə Mərkəzi”-nin aşağıda qeyd edilmiş ünvanlarına müraciət edə bilərsiniz. Orada müsabiqədə iştirak etmək istəyənlərə mərkəzin ekspert-məsləhətçiləri yardım göstərəcək.
Axalkalaki: Çarentsi k. #18/1
Ninotsminda: Puşkin k. #49a
Marneuli: Qamsaxurdiya k.#4
Qardabani: Leselidze k. 1 kvartal, 1 korpus