Enerji effektivliyi olan və bərpa olunan enerji texnologiyalarının “yaşıl qrant proqramı”, kənddə yaşayan ailələr və mövcud biznes sektor üçün enerji xərclərinə qənaət, iqlim dəyişikliyinə təsirin yüngülləşdirilməsi, təbii resurslara (xüsusi ilə meşə resursuna) təzyiqin azaldılması məqsədi ilə enerji effektivliyi olan və bərpa olunan enerji texnologiyalarının tətbiq edilməsinin əlçatanlığının sadələşdirilməsini nəzərdə tutur.
Proqram növbəti enerji effektivliyi/bərpa olunan enerji texnologiyalarının qarşılıqlı maliyyələşdirilməsini əhatə edir: İstilik izolyasiyası; Günəş enerjisi ilə işləyən, zavodda hazırlanmış vakuum tipli su qızdırıcısı; Günəş enerjisi ilə işləyən sadə tipli su qızdırıcısı və hava qızdırıcısı.
Günəş enerjisi ilə işləyən sadə tipli su və hava qızdırıcısı halında, qarşılıqlı maliyyənin miqdarı dəyərin 90%-a qədər, maksimum 3000 lari təşkil edir. Günəş enerjisi ilə işləyən zavodda hazırlanmış vakuum tipli su qızdırıcısı olan halda isə dəyərin 80%-ə qədər, maksimum 5000 lari təşkil edir.
Binanın birinci mərtəbəsinin istiliyi ilə bağlı qarşılıqlı maliyyələşdirmənin miqdarı, dəyərin 70%-ə qədəri, maksimum 20,000 lari təşkil edir. Binanın tam istiliyi üçün isə qarşılıqlı maliyyənin miqdarı dəyərin 60%-ə qədərini, maksimum 25,000 lari təşkil edir.
Proqram Gürcüstanın qeyd olunan bələdiyyələrində həyata keçirilir: Axalkalaki, Borjomi, Dedoplistskaro, Kazbeki, Keda, Xulo, Laqodexi, Tetritskaro.
Proqram çərçivəsində Gürcüstanda qeydiyyatdan keçmiş fərdi, fiziki/hüquqi şəxsdən məhsul və xidmət əldə etmək olar.
Əlavə məlumat üçün linkə daxil olun: http://gmg.undp.rda.gov.ge/about