2020-ci ilin oktyabr ayında “Dünya üçün çörək” və Avropa İttifaqının (EU) dəstəyi ilə 36 aylıq layihə həyata keçirir. Layihə “Gürcüstanın Regional İnkişafı üçün bacarıqların gücləndirilməsi və işlə təmin etmə üçün innovativ imkanlar” (“Skill Building and Innovative Job Opportunities for Regional Development of Georgia”) adlanır. Layihəni Gürcüstan Strateji Araşdırmalar və İnkişaf Mərkəzi (CSRDG), Gənc Pedaqoqlar İttifaqı (YPU) və Gürcüstan Müki İnkişaf Assosiasiyası (GCDA) ilə birlikdə həyata keçirir.

Layihə çərçivəsində Gürcüstan Strateji Araşdırmalar və İnkişaf Mərkəzi (CSRDG) sosial müəssisələrin əmək inteqrasiyası (WISE) üçün qrant müsabiqəsi elan edir.

Müsabiqənin məqsədi əmək bazarında daha az rəqabətli, həssas qrup nümayəndələrinin işlə təmin edilməsi və inteqrasiyası üçün sosial müəssisələrin əmək inteqrasiyasının inkişafına dəstək olmaqdır.

Qrant müsabiqəsinin hədəf regionları: Quria, Kaxeti, Kvemo Kartli. Sosial müəssisənin inkişafı üçün tələb olunan qrant maliyyəsi 14 000 avrodan artıq olmamalıdır.

Qrant müsabiqəsində iştirak etmək üçün qrant maliyyəsinin minimum 5%-lik    qarşılıqlı maliyyəsi vacibdir.

Sosial müəssisənin əmək inteqrasiyası ideyası üçün müraciət formasını elektron şəkildə, qeyd olunan el-poçt vasitəsi ilə təqdim etmək mümkündür: social.enterprise.ge@gmail.com 

Xahiş edirik, müraciəti göndərən zaman başlıqda qeyd edəsiniz: Sosial müəssisə üçün müraciət 

Müraciət etmək üçün son müddət: 2022-ci il, 30 sentyabr,saat 18:00

Əlavə məlumat üçün xahiş edirik linkə daxil olun:

https://www.jobs.ge/ge/?view=jobs&id=387197

tövsiyə