Sosial hesabatlılıq və vətəndaşların qoşulması təşəbbüsünə dəstək üçün qrnat müsabiqəsi elan olunur.
BMT-nin İnkişaf Proqramının (UNDP) sosial hesabatlılıq və vətəndaşların qoşulması təşəbbüsünün qrant müsabiqəsinin məqsədi səlahiyyətli mülki ictimai təşkilatlara, mülki ictimai təşkilat koalisiyalarına və mülki ictimai təşkilatlara, yerli özünüidarə orqanlarları ilə əməkdaşlıqla məqsədli layihələr həyata keçirməyə, yerli səviyyədə qərarların qəbul edilməsində vətəndaşların iştirakının gücləndirilməsi və bələdiyyələrin sosial hesabatlılığının yüksəldilməsinə kömək etməkdir.
Qadınların, gənclərin və etnik azlıqların qərar qəbul etməyə qoşulmasına, eləcə də effektiv sosial hesabatlılığa dəstək olacaq şəraitin yaradılmasına istiqamətlənmiş ideyalara üstünlük veriləcək.
Qrant müsabiqəsinə mülki ictimai təşkilatlar, mülki ictimai təşkilat koalisiyaları və ya mülki ictimai təşkilatlar yerli özünüidarə orqanları ilə əməkdaşlıqla müraciət edə bilərlər.
Müsabiqə ilə tələb olunan hər bir qrantın dəyəri 30,000 laridən az və 60,000 laridən artıq olmamalıdır.
Qrant müsabiqəsinin arealı Gürcüstanın müxtəlif regionları ilə yanaşı Kvemo Kartlinin bələdiyyələrini əhatə edir: Rustavi, Marneuli, Qardabani, Tsalka, Tetritskaro, Bolnisi və Dmanisi.
Müraciət təqdim etmək üçün son müddət: 2022-ci il 13 sentyabr. Qrant dövrünün maksimum müddəti 10 aydır.
Sənədlər qeyd olunan elektron ünvana göndərilməlidir: anna.kebadze@undp.org,
Elektron məktublar mövzusunda (Subject) qeyd edin: “Grants for CSOs”. Ətraflı məlumat üçün xahiş edirik linkə daxil olun: https://procurement-notices.undp.org/view_notice.cfm?notice_id=94371
BMT-nin İnkişaf Proqramında (UNDP) əlaqələndirici şəxs:
Ana Kebadze, elektron poçt: anna.kebadze@undp.org; Telefon: 577 22 23 41