Donor: Yunus Mərkəzi (Yunus Centre)
Ərizələrin son qəbul vaxtı: 22 fevral, 2022-ci il
Qrantın həcmi: 1000 – 10 000 dollar
Referans: Reference URL:https://competitions.yunuscentre.org/sbdc
Sosial biznes dizaynı müsabiqəsi qlobal platformadır və platforma gənclərin sahibkarlıq təşəbbüslərinə dəstək olur. Həmin təşəbbüslərin məqsədi mövcud sosial problemlər və çatışmamazlıqlarla yerində mübarizə aparmaq olmalıdır. Həmçinin: keyfiyyətli içməli suyun verilməsi, sağlam həyat tərzi qaydası və idman, kasıblıq, işsizlik və s.
Müsabiqə BMT-nin davamlı inkişaf məqsədlərinə uyğun olan, unikal, sosial baxımdan ədalətli və düşünülmüş ideyalara dəstək üçün nəzərdə tutulub. Həmin ideyalar sosial problemlərin yüngülləşdirilməsi üçün konkret sosial biznes model təklif etməlidir.
Prioritetli mövzular arasında olanlar:
- Ətraf mühit və iqlim dəyişikliyi
- Kiçik kredit
- Kənd təsərrüfatı
- Texnologiyalar və innovasiyalar
- Məişət tullantıları
- Sirkulyar iqtisadiyyat
- Turizm
- Su, sanitariya və gigiyena
- İşlə təmin edilmə
- İdman
- Səhiyyə və firavanlıq
Uğurlu sosial biznes ideyası 10 000 dollar dəyərində maliyyə dəstəyi və “Tanınma sertifikatı” qazanacaq.
- Biznes ideya müəllifinin/qrupun veb-səhifədə qeydiyyatdan keçirilməsi. Şəxsi məlumatların qeyd olunması və sosial biznes ideyasının təqdim edilməsi.
- Kreativ olun. Öz sosial biznesinizin adını təqdim edin, problemi, eləcə də öz ideyanızı təsvir edin. Biznesi necə həyata keçirmək istədiyinizi qeyd edin.
- Ətraflı təlimat aplikasiya formasında göstərilib.
Müsabiqə bir neçə mərhələdən ibarətdir:
- Birinci mərhələdə seçilmiş uğurlu iştiakçılar məlumatlandırıcı-davamlı seminara dəvət olunacaqlar. Seminar “sosial biznesin planlaşdırılmasına” həsr olunacaq. Seminarda kreativlik və innovativlik, sosial biznes modelləri, biznes ideyasının inkişaf metodları kimi mövzular müzakirə olunacaq.
- Sonrakı mərhələdə, seminar iştirakçılarına 45 gün vaxt veriləcək ki, əldə etdikləri biliyə əsaslanaraq, etibarlı, real və davamlı bazar mexanizmlərinə əsaslanmış sosial biznes modeli hazırlasınlar.
- Dünya miqyasında seçilmiş 20 ən yaxşı iştirakçı virtual, seçim tədbirlərində iştirak edəcək.
- Hər iştirakçıya 3 dəqiqə vaxt veriləcək ki, xüsusi qiymətləndirmə komissiyasına öz biznes ideyasını təqdim etsin. Qalib namizədi komissiya müəyyən edəcək. Komissiya uğurlu sahibkarlardan, investorlardan, sahə mütəxəssislərindən ibarət olacaq.
Müsabiqədə iştirak edə bilərlər:
- Yaş həddi 12-35 olan özəl şəxslər, yaxud şəxslər qrupu.
- Biznes ideyası olan tələbələr/məzunlar/ araşdırmaçı qrup üzvləri ya da erkən mərhələdə olan start-up-lar.
- Sosial biznes həvəskarları.
Əlavə məlumat üçün veb-səhifəyə daxil olun
http://competitions.yunuscentre.org/sbdc
yaxud qeyd olunan ünvanlara, “Sosial və İqtisadi Hüquqların Gücləndirilmə Mərkəzlərinə” müraciət edə bilərlər. Mərkəzin ekspert-məsləhətçiləri müsabiqədə iştirak etmək istəyənlərə kömək edəcəklər.
Axalkalaki: Çarentsi k. #18/1
Ninotsminda: Puşkin k. #49a
Marneuli: Qamsaxurdiya k. #4
Qardabani: Leselidze k. 1 kvartal, 1 korpus