Avropa İttifaqı və “Konrad Adenauri Fondu” tərəfindən maliyyələşdirilmiş “Mülki İctimai Təşəbbüs” (STAR Initiative) layihəsi çərçivəsində, “Məsləhət və Treninq Mərkəzi” (CTC) yerli ictimai təşkilatlara, bələdiyyə şəffaflığı və hesabatlılığına dəstək olmaq üçün kiçik qrantlar müsabiqəsi elan edir.
Qrant müsabiqəsində Gürcüstanda qeydiyyatdan keçmiş qeyri-kommersiya hüquqi şəxslər iştirak edə bilər:
- Qeyd olunan regionda ən az 3 il iş təcrübəsi var;
- Onun təklif etdiyi layihə komandasının ən az iki nümayəndəsinin müsabiqə çərçivəsində 2022-ci ilin fevral-mart dövründə aparılmış “yerli özünüidarə indeksi 2021-ci ilin qiymətləndirmə nəticələri və çatışmazlıqlar” vebinarında iştirak etmiş olsun;
Müsabiqədə “Mülki İctimai Təşəbbüs (Star İnitative)” layihəsinin tərəfdaş mülki ictimai regional mərkəzləri iştirak edə bilməyəcəklər.
Müsabiqədə iştirak etməklə maraqlanan təşkilatlar sonrakı linkdə qeydiyyatdan keçə bilərlər: https://forms.gle/b2zCdxdGUKmQ4VAR6
Son qeydiyyat müddəti 2022-ci ilin 20 fevral, saat 18:00-a qədərdir. Qeydiyyatdan keçmiş təşkilatlarla hazırlıq vebinarı barədə müsabiqə təşkilatçıları əlaqə saxlayacaq.
Layihə üçün son müraciət vaxtı 2022-ci ilin 25 mart tarixi, saat 12:00-a qədərdir. Layihə və büdcə gürcü dilində, göndərilmiş formaya əsasən təqdim olunmalıdır (qeyd olunan veb-ünvanda baxın).
Sənədləri qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz: vacancy@ctc.org.ge
Əlaqə nömrəsi: 577 980883.
Əlavə məlumat almaq üçün veb-səhifəyə daxil olun:
https://www.jobs.ge/ge/?view=jobs&id=352020
yaxud qeyd olunan ünvanlara, “Sosial və İqtisadi Hüquqların Gücləndirilmə Mərkəzlərinə” müraciət edə bilərlər. Mərkəzin ekspert-məsləhətçiləri müsabiqədə iştirak etmək istəyənlərə kömək edəcəklər.
Axalkalaki: Çarentsi k. #18/1
Ninotsminda: Puşkin k. #49a
Marneuli: Qamsaxurdiya k. #4
Qardabani: Leselidze k. 1 kvartal, 1 korpus