CSRDG,Avropa İttifaqı və Konrad Adenauri Fondunun dəstəyi ilə “Avropa İttifaqı və Gürcüstan arasında Assosiasiya sazişi məsələlərinin monitorinqi və advokatlaşdırılması” müsabiqəsini elan edir.
Müsabiqənin məqsədi Avropa İttifaqı ilə assosiasiya prosesinin, dərin və hərtərəfli azad ticarət məkanı ilə bağlı razılaşmanın (DCFTA) həyata keçirilməsi ilə əlaqədar islahatların effektiv həyata keçirilməsinə dəstək olacaq təşəbbüslərə dəstək göstərməkdir. Xüsusilə ətraf mühitin mühafizəsi, enerji-effektivlik, intellektual mülkiyyətin qorunması, istifadəçilərin maraqlarının müdafiəsi, qida təhlükəsizliyi və s. kimi məsələlərə dəstək göstərməkdir.
Müsabiqədə qeydiyyatdan keçmiş və Tbilisidən başqa, Gürcüstanın hər hansı regionunda fəaliyyət göstərən mülki-ictimai təşkilatlar iştirak edə bilər. Tbilisidə qeydiyyatdan keçmiş və ya əsasən Tbilisidə fəaliyyət göstərən təşkilatların iştirak etməsinə yalnız tərəfdaş (birgə müraciət edənin) olaraq yol veriləcək.
Təşkilat müsabiqəyə birdən artıq müraciət təqdim edə bilər. Ancaq bir təşkilata bir qrant veriləcək. Birgə müraciət edənlər müsabiqədə qalib gəlmiş birdən artıq layihəyə qoşula bilər.
Qrant layihəsinin müddəti və büdcə:
Layihə müddəti 18 aydan, qrant dəyərinin ən çox miqdarı isə 35,000 laridən artıq olmamalıdır.
Maraqlanan təşkilatlar müraciəti gürcü dilində, elektron poçtla qeyd olunan ünvana göndərməlidirlər: aogrants.management@gmail.com
Müraciətin elektron poçtla göndərilməsi üçün son müddət 2023-cü ilin 15 mart tarixi, saat 18:00-dur.
Əlaqə üçün məlumat:
Əlavə məlumat üçün elektron poçt ünvanı ilə bizimlə əlaqə saxlaya bilərsiniz: aogrants.management@gmail.com
Müsabiqə ilə əlaqədar göndərilən suallar, müvafiq cavablarla birlikdə təşkilatın səhifəsində yayımlanacaq: www.csrdg.ge.
Əlavə məlumatı qeyd olunmuş linkdən əldə edə bilərsiniz: