Gürcüstan BMT Assosiasiyası (UNA-Georgia) USAİD-in “Birlik rəngarənglikdədir” proqramı çərçivəsində milli və yerli səviyyədə etnik, dini azlıqların ictimai həyata daha çox qoşulmasına dəstək olmaq və qarşılıqlı şəkildə faydalı olan sosial, ictimai, iqtisadi əlaqələrin gücləndirilməsi məqsədi ilə mülki, iqtisadi inteqrasiya qrant proqramına başlayır.
Qeyri-hökumət təşkilatlarını, sahibkarları, yeni fəaliyyətə başlayan təşkilatları, sosial müəssisələri, media vasitələrini, təhsil müəssisələrini, Gürcüstanın birlik və rəngarəngliyə dəstəyə qoşulmuş başqa mümkün aktorları çağırırıq.
Qrant proqramı maraqlanan təşkilatlar və biznes aktorlara maksimum 18 ay çərçivəsində 120,000 $ qrant, qarşılıqlı maliyyəlşdirmə (biznes təşəbbüslər olan halda) təklif edir. Qeyd olunan şərtlərə yenidən baxılması halları qrant proqramı haqqında məlumatda ətraflı təsvir edilmişdir.
Qrant proqramının təmin edəcəyi maddi dəstək:
Mülki inteqrasiya istiqamətində: ictimai siyasət və proseslərdə bərabər iştirak; Dövlət xidmtələrinin əlçatanlığı və inklüziv siyasət; Təhsilin keyfiyyəti/əlçatanlığın artırılması və gürcü dilinin tədrisi; Hüquq müdafiəsi; Diskriminasiyasya qarşı mübarizə; Rəngarənglik, Gürcüstanın Avro-Atlantikaya tələsməsi və dəyərlərin populyarlaşdırılması; Çoxmədəniyyətli dialoq və etnik, dini azlıqların ölkənin siyasi, mədəni, sosial, iqtisadi proseslərinə fəal olaraq qoşulmağa dəstək olacaq digər tədbirlər. İqtisadi inteqrasiya istiqamətində: mikro, kiçik və orta sahibkarlara, yeni fəaliyyətə başlayanlara, sosial müəssisələrə və digər özəl aktorlara dəstək; Maddi resursların, dövlət proqramları və xidmətlərin əlçatanlığının yaxşılaşdırılması; Regionlarda biznes assosiasiyaların fəaliyyətinin gücləndirilməsi; Azlıqların yerli bazarın tələblərinə uyğun olaraq peşə təhsilinə qoşulma səviyyəsinin artırılması və etnik, dini azlıqların məskunlaşdığı regionlarda iqtisadi fəaliyyətə, əlaqələrə, işlə təmin etmə imkanlarının inkişafına dəstək olacaq digər tədbirlər.
Qrant proqramı açıq qapı prinsipi ilə fəaliyyət göstərir. Proqram çərçivəsində bütün layihə dəstəyi 2026-cı il 15 dekabr tarixinədək veriləcək və həyata keçiriləcək.
Proqram çərçivəsində ilk məlumatlandırma xarakterli görüş 31 may, saat 12:00-da, qeyd olunan linkdə keçiriləcək: https://us06web.zoom.us/j/85499491396; Meeting ID: 854 9949 1396.
Məlumat xarakterli görüşlər ildə iki dəfə təkrar olunacaq.
Proqramla bağlı suallarınız olduğu təqdirdə Gürcüstan BMT Assosiasiyasının elektron poçt ünvanına – una@una.ge müraciət edə bilərsiniz. Başlıq sütununda “Gürcüstanın inteqrasiyaya dəstək qrant proqramı” yazın.
Qrant proqramı ilə bağlı əlavə məlumatı Gürcüstan BMT Assosiasiyasının veb-səhifəsindən – https://una.ge/archive?id=866 ala bilərsiniz (PDF format ingilis və gürcü dilində əlçatandır)