İsveçrənin Gürcüstandakı səfirliyi kənddə yaşayan gənclər və digərləri üçün yeni genişmiqyaslı layihəyə başlayır. Layihə Gürcüstanın bütün peşə kolleclərini əhatə edir.
İsveçrə səfirliyi peşə təhsili və hazırlıq layihəsinin üçüncü fazasının maliyyələşdirilməsini davam etdirir. Yeni layihənin məqsədi kənddə yaşayan gənclərin peşə təhsilinin yaxşılaşdırılması, ictimai-özəl tərəfdaşlığa dəstək olmaq və peşə təhsili sahəsində yeni texnologiayalar və metodların tətbiq edilməsidir. Üçillik layihənin üçüncü fazasını Gürcüstanda BMT-nin İnkişaf Proqramı həyata keçirəcək.
Kolleclər və proqramlar haqqında ətraflı məlumatı veb-səhifədən izləyin:https://vet.ge/ge.