“ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin İqtisadi Təhlükəsizlik proqramı” RFA-024 “Keyfiyyətin idarə edilməsi, eləcə də təhlükəsizlik sistemlərinin tətbiqi və sertifikatlaşdırması” qrant müsabiqəsi elan edir.
Proqramın məqsədi kiçik və orta həcmli müəssisələrə, beynəlxalq sertifikatlaşdırma, eləcə də keyfiyyət və təhlükəsizliyin idarə edilməsi standartları və ssitemlərinin həyata keçirilməsi, təkmilləşdirilməsi üçün maddi dəstək göstərməkdir.
Proqram çərçivəsində bir neçə qrant veriləcək. Hər bir qrantın həcmi 100 000 laridir.
Maraqlanan şəxslər və təşkilatlar, müraciətlərini PDF yaxud elektron formatda GESP_Grants@dai.com ünvanına göndərməlidirlər. Elektron poçtun mövzu sütununda RFA-024 qeyd olunması mütləqdir.
Ərizələrin son qəbul etmə vaxtı: 2022-ci il, 28 mart saat 18:00
Ətraflı məlumat üçün linkə daxil olun:
Yaxud “Azlıq İcmalarının Sosial və İqtisadi Hüquqlarının Gücləndirilmə Mərkəzi”-nin
aşağıda qeyd edilmiş ünvanlarına müraciət edə bilərsiniz. Müsabiqədə iştirak etmək
istəyənlərə mərkəzin ekspert-məsləhətçiləri yardım göstərəcək.
Axalkalaki: Çarentsi k. #18/1
Ninotsminda: Puşkin k. #49a
Marneuli: Qamsaxurdiya k.#4
Qardabani: Leselidze k. 1 kvartal, 1 korpus