“Beynəlxalq Kartof Mərkəzi – Gürcüstan” (CIP Georgia) Kartof şitilləri üçün istixana təsərrüfatının yaradılması və quraşdırılması məqsədi ilə müsabiqə elan edir.
Müsabiqənin məqsədi ixtisaslı şirkətin/şirkətlərin biznes təşəbbüsünü maliyyələşdirməkdir. Həmin şirkətlərin məqsədi kartof şitilləri yetişdirmək və bu məqsədlə istixana təsərrüfatı, müvafiq texniki quraşdırma yaratmaq olmalıdır.
Müsabiqədə iştirak etmək istəyən şirkətlər texniki məzmunda , konkret olaraq isə, müraciət edənin hansı növ istixana təsərrüfatı qurmaq istədiyi və onun texniki xüsusiyyətlərinin necə olması barədə ətraflı məlumat təqdim etməlidirlər.
Müsabiqədə iştirak etmək istəyənlər 2021-ci ilin 28 noyabr tarixinə qədər müraciətlərini təqdim edə bilərlər.
Xahiş edirik, ətraflı məlumat üçün linkə daxil olun
https://jobs.ge/ge/?view=jobs&id=334991
Yaxud “Azlıq İcmalarının Sosial və İqtisadi Hüquqlarının Gücləndirilmə mərkəzi”-nin aşağıda qeyd edilmiş ünvanlarına müraciət edə bilərsiniz. Müsabiqədə iştirak etmək istəyənlərə mərkəzin ekspert-məsləhətçiləri yardım göstərəcək.
Axalkalaki: Çarentsi k. #18/1
Ninotsminda: Puşkin k. #49a
Marneuli: Qamsaxurdiya k.#4
Qardabani: Leselidze k. 1 kvartal, 1 korpus