Qeyri-hökumət təşkilatı “Kənd Təsərrüfatının İnkişafı üçün Assosiasiya” Sameqrelo-Zemo Svaneti regionunda BMT-nin inkişaf proqramının (UNDP) “Gürcüstan kənd təsərrüfatında peşə təhsil sisteminin modernləşdirilməsi” (UNDP/SDC VET) layihəsi çərçivəsində, kənd təsərrüfatında innovasiyalara dəstək qrant proqramına müraciətlərin qəbulunu bərpa edib.
Proqram innovativ ideyaları, kənd təsərrüfatı sahəsində mövcud olan təcrübə və texnologiyaların yaxşılaşdırılmasına yönəlmiş layihələrə dəstəyi nəzərdə tutur.
Qrantla nəzərdə tutulmuş dəstək (maksimum 5, 000 lari)
Aplikasiyalar cari ilin mart ayının sonuna qədər qəbul olunacaq.
Aplikasiya formasının elektron versiyasını linkdən yükləyə bilərsiniz: https://rb.gy/5rvj90
Maraqlanan şəxslər aplikasiya formasını info@afad.org.ge. ünvanına göndərə bilərlər. Eləcə də doldurulmuş aplikasiyanın çap edilmiş versiyasını “Kənd Təsərrüfatının İnkişafı üçün Assosiasiyasının” ofisinə göndərə bilərlər. Ünvan: Zuqdidi, Demuria #1.
Layihədə iştirak edə bilərlər: Sameqrelo-Zemo Svanetidə yaşayan, fiziki və Gürcüstan qanunvericiliyi ilə nəzərdə tutulmuş hər hansı qeydiyyatdan keçmiş hüquqi şəxs (qeyri-kommersiya təşkilatı, kənd təsərrüfatı kooperativi, f/s, MMC və.s).
“Kənd Təsərrüfatının İnkişafı üçün Assosiasiya”
Zuqdidi, Demuria #1.
El-poçt: info@afad.org.ge
Əlaqə nömrəsi: 599 90 28 99: 599 98 59 63
Yaxud “Azlıq İcmalarının Sosial və İqtisadi Hüquqlarının Gücləndirilmə Mərkəzi”-nin
aşağıda qeyd edilmiş ünvanlarına müraciət edə bilərsiniz. Müsabiqədə iştirak etmək
istəyənlərə mərkəzin ekspert-məsləhətçiləri yardım göstərəcək.
Axalkalaki: Çarentsi k. #18/1
Ninotsminda: Puşkin k. #49a
Marneuli: Qamsaxurdiya k.#4
Qardabani: Leselidze k. 1 kvartal, 1 korpus