Henrix Böll Fondunun Tbilisi ofisi 2022-ci ildə Gürcüstanda kiçik miqyaslı layihələrin həyata keçirilməsi üçün müraciətlər qəbul edir.
Fond aşağıdakı istiqamətlərdə irəli sürüləcək təşəbbüsləri dəstəkləyir:
- Demokratik siyasi mədəniyyət və vətəndaş cəmiyyəti;
- Ətraf mühitin mühafizəsi, energetika və şəhər siyasətində iştirak etmək, onlara təsir göstərmək;
- Gender demokratiyası.
Fond demokratik siyasi mədəniyyət və vətəndaş cəmiyyətinin proqram istiqamətləri çərçivəsində, Gürcüstanın müxtəlif regionlarında işləmək və sonrakı istiqamətlərdə mülki fəallıqları, yaxud siyasi təhsili dəstəkləmək məqsədi daşıyan müraciətlərə üstünlük verəcək:
- İnklüziv siyasi mədəniyyətin formalaşdırılmasına dəstək olan və ictimaiyyətin Gürcüstanın demokratik inkişafı məsələlərinin müzakirəsinə qoşulmasını təmin edəcək innovativ təşəbbüslər;
- Gürcüstandakı siyasi və ictimai qütbləşmənin səbəbləri və nəticələrini müzakirə etmək üçün müzakirələrin dəstəklənməsi;
- Marqinal/müxtəlif ictimai qrupun maraqlarının siyasi gündəliyə çıxarılması və həmin qrupların gücləndirilməsini dəstəkləyən təşəbbüslər;
- Yeni vasitələr/platfromalardan (həmçinin,sərgilər, filmlər və s. kimi incəsənət formaları) istifadə edərək, Gürcüstanın müxtəlif regionlarında əhalinin iştirakı ilə yerli siyasi və ictimai məsələlər barədə müzakirələrə dəstək olmaq;
- Yaşıl siyasi təhsilə dəstək olmaqla əlaqədar araşdırmalar, tərcümələr, iş görüşləri və digər fəallıqlar.
Fond ətraf mühitin mühafizəsi, energetika və şəhər siyasətində iştirak etmək və onlara təsir göstərmək istiqaməti çərçivəsində, mülki fəallıqları, yaxud sonrakı istiqamətlərdə siyasi təhsilə həvəsləndirməni nəzərdə tutan təkliflərə üstünlük verəcək:
- Hava, su və torpağın qorunmasına dəstək olan, yaxud advokatlaşdıran kampaniyalar və fəaliyyətlər (müzakirələr, araşdırmalar, publikasiya, dairəvi masa və s.);
- Ətraf mühitə təsir göstərəcək proseslərdə ictimaiyyətin iştirak etməsi;
- Paris razılaşması, Avropa ilə Assosiasiya müqaviləsi (ətraf mühitin mühafizəsi və energetika istiqamətlərində) və Avropanın yaşıl razılaşmasına əsasən, nəzərdə tutulmuş proseslərdə/tədbirlərdə iştirak etmək, yaxud onların yerinə yetirilməsinin monitorinqi;
- Energetika mənbələrinin şaxələndirilməsi və sektorun şəffaflığına dəstək ola fəallıqlar;
- Şəhər siyasətinə yaşıl yanaşmaların və iştirak etmə təcrübələrinin həvəsləndirilməsi;
- Şəhər inkişafının humanitar, sosial, gender və iqtisadi aspektləri;
- Müzakirələrə, yaxud gender bərabərliyi, ətraf mühitin mühafizəsi və davamlı inkişaf arasında olan əlaqələrə dəstək olan fəallıqlar.
Fond gender demorkatiyası istiqaməti çərçivəsində mülki fəallıqlar, yaxud siyasi təhsilə sonrakı istiqamətlərdə dəstək olan müraciətlərə üstünlük verəcək:
- Gürcüstanın regionlarından gender bərabərliyinə sosial və siyasi gündəliyinə təsir göstərmək məqsədi daşıyan, feminist təşəbbüslərə, maarifləndirici görüşlərə və mədəni tədbirlərə dəstək olan təşəbbüslər;
- Feminist və gündəmin rəngarəngləşdirilməsi və genişləndirilməsi məqsədi daşıyan araşdırmalar, təşəbbüslər, tədbirlər, publikasiyalara dəstək olmaq;
- Sosial-iqtisadi inkişafın gender aspektləri barədə söhbət, qayğı siyasəti və iqtisadiyyata yönəlmək məqsədi daşıyan fəallıqlara dəstək olmaq.
Layihə üçün müraciətləri 2021-ci ilin 10 dekabr tarixində qədər (Cümə günü, saat 18:00-a qədər), Project Proposal 2022 qeyd etməklə info@ge.boell.org ünvanına göndərə bilərsiniz. Müraciətlər, tematik istiqamətlər, yaxud büdcə barədə suallarını olan halda, müraciət edən təşkilat fondla əlaqə saxlamaq üçün həmin mail ünvanından istifadə etməlidir.
Fond yaşıl siyasi dəyərləri bölüşən təşkilatlar və təşəbbüs qrupları ilə əməkdaşlığa üstünlük verir. Müraciət edənlər hansısa kommersiya işləri ilə məşğul olmamalıdır.
Xahiş edirik, ətraflı məlumat almaq üçün linkə daxil olun:
Yaxud “Azlıq İcmalarının Sosial və İqtisadi Hüquqlarının Gücləndirilmə Mərkəzi”-nin aşağıda qeyd edilmiş ünvanlarına müraciət edə bilərsiniz. Müsabiqədə iştirak etmək istəyənlərə mərkəzin ekspert-məsləhətçiləri yardım göstərəcək.
Axalkalaki: Çarentsi k. #18/1
Ninotsminda: Puşkin k. #49a
Marneuli: Qamsaxurdiya k.#4
Qardabani: Leselidze k. 1 kvartal, 1 korpus