Gürcüstanda BMT-nin İnkişaf Proqramı (UNDP) qrant müsabiqəsi elan edir. Müsabiqənin məqsədi peşə təhsili, treninq institutunun və kənd təsərrüfatı sahəsinə fəaliyyət göstərən, başqa qısamüddətli treninqləri idarə edən təşkilatların tematik və institutisional imkanlarının inkişaf etdirilməsidir.

Buna nail olmaq üçün Gürcüstanda BMT-nin İnkişaf Proqramı (UNDP) çağırılıb:

  • Dövlət və özəl institutlar arasında, peşə təhsilinin verilməsi sahəsində tərəfdaşlığı gücləndirsin
  • Peşə təhsilini verəcək təşkilatların institutisional imkanlarının inkişafına dəstək olsun
  • Peşə təhsili vermək prosesində insan kapitalını gücləndirsin
  • Layihə üçün müraciətin hazırlamasında və iş prosesində peşə təhsilini verən təşkilatların şəraitini genişləndirsin. Qrant müsabiqəsi üçün müraciətlər yuxarıda qeyd olunmuş strateji istiqamətlərə uyğun olmalıdır və aşağıda qeyd edilmiş nəticələrdən birinə nail olmağı təmin etməlidir. Həmin nəticənin kənd təsərrüfatı sektorunda həyata keçirilməsi daha yaxşı olardı:
  • İdarəetmə sisteminin effektivliyinin (həmçinin, keyfiyyət dərəcəsi sisteminin), eləcə də əməliyyat və inzibati resursların təkmilləşdirilməsi
  • Pedaqoqların ixtisas səviyyəsinin qaldırılması
  • Peşə təhsilinə həvəsləndirilmək və peşə təhsilini məşhurlaşdırmaq
  • Əmək bazarı, özəl sektor və peşə təhsili verəcək institutlar arasında əməkdaşlığa həvəs yaratmaq vasitəsi ilə sıx əlaqə qurmaq.
  • Təhsil keyfiyyətinin, eləcə də təhsil nəticələrinin qiymətləndirilmə sisteminin yüksəldilməsi və inkişafı
  • Tələbə xidmətləri səviyyəsinin inkişafı
  • Distant təhsil komponentinin inkişafı
  • Təhsil prosesinə, qadınlar və sosial baxımdan həssas qrupların qoşulmasına dəstək olmaq
  • Kənd təsərrüfatı sahəsində uzunmüddətli təhsil almaq imkanlarının gücləndirilməsi
  • Yüksək keyfiyyətli və əmək bazarına istiqamələndirilmiş təhsil proqramlarına dəstək olmaq, sahibkarlıq və innovativ sxemlərin qüvvəyə mindirilməsi
  • Peşə təhsilinin institusional gücləndirilməsi və onlar tərəfindən təklif edilmiş proqramların yeni avtorizasiya standartları ilə uyğunlaşdırılması

BMT-nin İnkişaf Proqramı çərçivəsində, Gürcüstanda, kənd təsərrüfatı sahəsində peşə təhsilini verən institutların imkanlarının inkişafına dəstək olmaq üçün 20 000-dən 70 000 lariyə qədər kiçik qrantları ayrılıb.

Müsabiqədə peşə təhsili və treninqlər keçirəcək institutlar, həmçinin, kənd təsərrüfatının inkişafına dəstək göstərmə təcrübəsi olan, qısamüddətli treninqlər keçirən təşkilatlar iştirak edə bilər.

Layihə üçün son müraciət etmə vaxtı 2021-ci ilin 14 sentyabr tarixidir.

Ətraflı məlumat almaq üçün, xahiş edirik linkə daxil olun:

https://procurement-notices.undp.org/view_notice.cfm?notice_id=81506

Yaxud “Azlıq İcmalarının Sosial və İqtisadi Hüquqlarının Gücləndirilməsi Mərkəzlərinə”, aşağıda qeyd olunan ünvana müraciət edə bilərsiniz. Müsabiqədə iştirak etmək istəyən namizədlərə ekspert-məsləhətçilər kömək göstərəcək.

Axalkalaki:  Çarentsi k. #18/1

Ninotsminda: Puşkin k. #49a                                                                                                                      

Marneuli: Qamsaxurdiya k. #4                                                                                                                                                

Qardabani:Leselize k. 1 kvartal, 1 korpus

tövsiyə