“Gələcəyini qur” layihəsi, layihədə qarşılıqlı maddi iştirak üçün müsabiqə elan edir. Müsabiqə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi tərəfindən irəli sürülmüş proqram çərçivəsində, uzunillik bitgilərin yeni bağlarının salınması üçün, eləcə də potensial benefisiarlara maddi və texniki kömək göstərmək üçün elan olunur.
Layihənin məqsədi kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən, uzunillik bitgilərin əkilməsi yolu ilə effektiv istifadə olunması və yerli fitosanitar baxımdan təmiz fidan istehsalının artırılmasıdır.
“Gələcəyini qur” layihəsi Kənd İnkişaf Agentliyinin iştirakı ilə və dövlət büdcəsinin qarşılıqlı maddi iştirakı əsasında həyata keçirilir. Maddi yardım fidanların alınması, yaxud müasir damcı suvarma sistemlərinin qurulması üçün maddi vəsaitin verilməsini nəzərdə tutur.
Kənd təsərrüfatı kooperativləri üçün alınacaq fidanların 70%, sərhəd xəttində yerləşən kənd və dağlıq məntəqələr üçün 80% maliyyələşdiriləcək.
Ölkənin müxtəlif regionlarında uzunillik bitgilərin salınması potensialını nəzərə almaqla bölünmə prinsipi belədir:
Kvemo Kartli: Alma, şaftalı, gavalı, tkemali, gilas, ərik, qarağat, firəng üzümü, moruq, qoz, badam, nar, armud, albalı, xurma, böyürtkən, heyva, əncir, fındıq, zeytun və püstə.
Samtxe-Cavaxeti: Şaftalı,gavalı, tkemali, gilas, qarağat, firəng üzümü, moruq, qoz,
alma, armud, gilənar, böyürtkən, heyva.
Uzunillik bağların qarşılıqlı maliyyələşdirilməsi komponentləri çərçivəsində 2022-ci ilin 31 oktyabrından 2023-cü ilin 28 fevral tarixinə qədər, Şərqi Gürcüstanda bağların salınması üçün 2021-ci ilin 10 noyabr tarixindən 2023-cü ilin 30 aprel tarixinə qədər müraciətlər qəbul olunacaq.
Əlavə məlumatı veb-səhifədən əldə edə bilərsiniz: shorturl.at/gyZ58
Gürcü, erməni, azərbaycan və rus dilində ətraflı məlumat almaq üçün linkə daxil olun www.SEREC.ge , yaxud SEREC-in mərkəzi və regional filiallarına müraciət edin.