8 dekabr tarixində, SEREC-in Axalkalaki və Ninotsminda filiallarında, “Çoxmillətli Gürcüstanın” təşkilatçılığı ilə Fransanın Gürcüstandakı səfiri, Dieqo Kolasinin vətəndaş cəmiyyəti, media və yerli özünüidarənin rəhbər şəxsləri, nümayəndələri ilə görüşləri keçirilib.
Səfir bələdiyyələrdəki yeniliklərlə tanış olub və yerli əhalinin problemləri ilə maraqlanıb. Problemlər arasında infrastruktur, təhsil, tibb və işlə təmin etmə məsələləri qeyd olunub. Kovid-19, peyvənd və pandemiyadan yaranmış çətinliklərə və problemlərə diqqət yetirilib. Dieqo Kolasi “Çoxmillətli Gürcüstanın” nümayəndələrindən, “SEREC” çərçivəsində həyata keçirilmiş fəallıqlar və milli azlıqların sosial-iqtisadi hüquqları və imkanlarının gücləndirilməsinə yönləndirilmiş tədbirlər barədə məlumat alıb.