ABŞ-ın Gürcüstandakı səfirliyi 2023-cü ilin Demokratiya Komissiyasının kiçik qrantlar proqramının seçim müsabiqəsini elan edir. ABŞ hökumətinin təşəbbüsü ilə proqram 1994-cü ildə yaradılıb və o Mərkəzi, Şərqi Avropa, eləcə də keçmiş Sovet ölkələri ərazisində olan ABŞ səfirliklərinə yerli demokratik təşəbbüsləri maliyyələşdirmək imkanı yaradır.
Proqramı Demokratiyanın Kiçik Qrantlar Komissiyası müzakirə edəcək və layihələri seçəcək. Komissiyaya ABŞ-ın missiya rəhbərinin müavini rəhbərlik edir. Komissiyanın tərkibində ictimai işlər şöbəsinin rəhbəri və ABŞ missiyasının yerli hökumət agentliklərinin nümayəndələri də var.
Demokratiya Komissiyasının Kiçik Qrantlar Komissiyasının məqsədi spesifik layihələr maliyyələşdirməkdir. Həmin layihələr demokratiyaya dəstək olur, demokratik institutların formalaşdırılması prosesini gücləndirir və Gürcüstanda vətəndaşların təhsilinin qayğısına qalır. Gürcüstanda təsis edilmiş və qeydiyyatdan keçmiş qeyri-kommersiya, qeyri-hökumət təşkilatları, ali təhsil müəssisələri, media təşkilatlar qrant əldə edə bilər.
Qrantın maksimum miqdarı hər layihə üçün 50,000 ABŞ dollardır.
Layihə üçün müraciət, ən az təqdim olunan mövzulardan birinə aid olmalıdır:
- İqtisadi artım:
- Kənd iqtisadiyyatının inkişafı/sahibkarlığın inkişaf etdirilməsi
- Davamlı kənd inkişafı və mədəni irsin qorunması
- Turizmin inkişafı (aqro/kulinariya turizmi, eko turizm, səhiyyə turizmi, mədəni turizm və s.)
- Ümumi təhsil (Aşağıda verilmiş izahata baxın)
- Gender bərabərliyi və sosial inkluzia:
- Qadınların gücləndirilməsi
- Etnik, dini və başqa təcrid edilmiş azlıqların qoşulması
- Fiziki imkanları məhdud şəxslərin qoşulması/inkluziv təhsil
- Uşaq hüquqlarının müdafiəsi və uşaqların firavanlığı
- Vətəndaş iştirakı və məlumatlı vətəndaşlar:
- Jurnalist təhsili və peşəkarlıq
- Regional medianın inkişafı
- Yerli mülki-ictimai təşkilatların gücləndirilməsi və advokatlaşdırma
- Kibertəhlükəsizlik, strateji kommunikasiyalar və rəqəmsal diplomatiya
Fəaliyyət müddəti: 12 aya qədər; Layihə ərizələrinin qəbulu: 20 fevral 2023-cü il saat 18:00-dək. Qrantın həcmi: Hər bir layihə üçün maksimum büdcə 50,000 ABŞ dollarıdır. Proqramın gözlənilən başlama tarixi: 2023-cü ilin sentyabr ayı. Proqramın müddəti bir təqvim ili və ya daha azdır.
„Unique Entity Identifier (UEI)“-ın əldə edilməsi və qrant menecmenti sistemində https://sam.gov/SAM/ qeydiyyatdan keçmək mütləqdir.
Xahiş edirik, bir doldurulmuş elektron ərizə formasını qeyd olunan ünvana göndərin: TbilisiGrants@state.gov
Əlavə məlumat üçün linkə daxil olun:https://ge.usembassy.gov/ka/democracy-commission-small-grants-program-pds-ka/